Azərbaycan və Qazaxıstan mərkəzi bankları müzakirələr aparıb
"Bu gün Qazaxıstana işgüzar səfər çərçivəsində Qazaxıstan Milli Bankının sədri Qalimjan Pirmatov ilə görüşdük. Görüş zamanı Azərbaycan və Qazaxıstan mərkəzi bankları arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə etdik".
Marja xəbər verir ki, bunu Tvitter səhifəsində Azərbaycan Mərkəzi bankının sədri Taleh Kazımov yazıb.
Görüşdə həmçinin mövcud makroiqtisadi vəziyyət, qlobal iqtisadi proseslərin ölkə iqtisadiyyatına təsirləri, pul siyasəti alətlərinin təkmilləşdirilməsi, ödəniş sistemlərinin inkişafı, rəqəmsal valyutanın yaradılması və digər mövzularda müzakirələr aparılıb.
Xəbər verdiyimiz kimi, dünən Taleh Kazımov bildirib ki, rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tacikistan Milli Bankının sədri Xoliqzoda Hokim Hikmatullo ilə görüşüb. Görüş zamanı Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətləri müzakirə edilib. Görüşdə həmçinin makroiqtisadi vəziyyət, maliyyə-bank sektorunun inkişaf məsələləri, sığorta sistemindəki islahatlar və digər mövzularda fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
9 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
10 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
11 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
12 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib



























