"Unicapital"dan bazarların həftəlik analitikası
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili Bazar
Ötən həftə 28 fevral 2023-cü il tarixində Maliyyə Nazirliyinin 40 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 90.2430 (10.9001%) manat və 93.8995 (9.38%) manat olan 47 sifariş təqdim edilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.1400 (9.6896%) manat, orta ölçülmüş qiyməti 93.6040 (9.5001%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116,758,000 manat, yerləşdirilmiş həcmi isə 40,000,000 manat təşkil edilmişdir. Qeyd edək ki, əvvəlki 3 illik hərracda orta gəlirlilik 9.87% olmuşdur. Yəni ilin əvvəlinə nisbətən 3 illik orta gəlirlilik 0,37% azalmışdır.
Bu həftə, 7 mart 2023-cü il Maliyyə Nazirliyinin 1 illik istiqrazının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Yerləşdirilən həcm 70 milyon AZN olacaq və hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.Qeyd edək ki, son belə hərrac fevral ayının 7-si keçirilib və bu hərrac zamanı orta gəlirlilik 6,97% olub. İnflyasiyanın nisbətən azaldığını və müddətin qısa olduğunu nəzərə alaraq, orta gəlirliliyin nisbətən azalacağını gözləmək olar.
Qlobal bazar
Keçən həftə ABŞ-da fevral ayı üçün ilkin işsizlik müraciətləri (initial jobless claimes) açıqlanıb. Gözlənti 195 min olduğu halda real göstərici 190 min olub. Qeyd edək ki, əvvəlki göstərici 192 min idi.
Bu həftənin vacib məlumatları içərisində mart ayının 10-u açıqlanacaq işsizlik səviyyəsi olacaq. Qeyd edək ki, əvvəlki göstərici 3,4% olaraq açıqlanıb, gözlənti isə 3,4% idi.
Keçən həftə Avropada açıqlanan vacib məlumatlar içərisində inflyasiya, işsizlik yer alıb. Belə ki, işsizlik 6,7% olaraq açıqlanıb, gözlənti və əvvəlki göstərici isə 6,6% idi. Aylıq əsasda fevral üçün ilkin inflyasiya isə 0,8% olaraq açıqlanıb. Gözlənti 0,5%, əvvəlki göstərici isə - 0,2% idi. İlkin Təxmin edilən illik inflyasiya isə 8,5% açıqlanıb, gözlənti isə 8,3% idi.
Bu həftənin vacib məlumatları içərisində isə martın 8-i açıqlanacaq keçən ilin sonuncu rübünün rüblükvə illik yekun ümumi daxili məhsulu olacaq.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 saat əvvəl
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
18 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
18 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















