Bu gün birjalarda qiymətlərə ciddi təsir edə biləcək çıxış olacaq - GÜNƏ BAXIŞ
Avropada proqnozların çox üzərində açıqlanan inflyasiya göstəriciləri fonunda ötən həftənin sonuna doğru dollar indeksi ucuzlaşaraq həftəni enişlə tamamladı. Lakin vurğulamaq istərdik ki, ötən həftənin cümə günü ABŞ Federal Ehtiyatlar Sisteminin faiz artımlarını hələ uzun müddət davam etdirəcəyinə dair ehtimallar daha da qüvvətləndi. Beləki, FED inflyasiyanın azaldılmasında qərarlı olduğunu bir daha bəyan edərək, faiz artımlarının davam etdirilməsinin məqsədəuyğun olacağını bildirib.
FED-in ABŞ Konqresi üçün hazırladığı və ildə iki dəfə Konqresə təqdim etdiyi yarımillik Pul Siyasəti Hesabatının mart sayı dərc olunub. Qeyd edək ki, hesabatda inflyasiyanın artım sürətində azalma olsa da, hələ də “FOMC”-un 2%-lik inflyasiya hədəfindən çox uzaq olduğu və hədəf inflyasiya çatmaq üçün gərəkli olan bütün addımların atılacağı bir daha vurğulanıb.
Bu həftə isə Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də “NFP” göstəricisi, həmçinin Avrozonada, İngiltərədə və Yaponiya dərc olunacaq ÜDM göstəriciləri, eləcə də Avropa, Yaponiya və Avstraliya Mərkəzi Bank sədrlərinin çıxışları dolların major valyutalar qarşısında qiymətlərinə ciddi təsir edə bilər.
Qeyd edək ki, bu gün Bakı vazxtı ilə saat 19:00-da FED sədri J.Pavel Konqres qarşısında Pul Siyasəti Hesabatı ilə çıxış edəcək. Bu çıxışın birjalarda qiymətlərə ciddi təsir edə biləcəyi proqnozlaşdırılır.
Hazırda qiymətli metallar bazarında 1847$-dan təklif edilən qızıl 1853$ həddini qırsa, 1860$ və 1870$-a kimi bahalaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 saat əvvəl
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
18 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
18 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















