Kapital Bank-ın Mobil-POS xidmətinə yeni taksit funksiyası əlavə olundu
(®️ )Kapital Bank ötən il Azərbaycanda ilk dəfə təqdim edilən Mobil-POS xidmətinə yeni funksiya əlavə edərək onu daha rahat və çoxfunksiyalı edib.
Belə ki, artıq sahibkarlar ölkədə ilk dəfə olaraq smartfonları vasitəsilə ödəniş qəbul edən zaman, məbləği 18 ayadək taksitə də bölə bilərlər. Mobil-POS-dan istifadə edən sahibkarlar malın və ya xidmətin dəyərini aylara bölməklə daha çox müştəri cəlb edəcəklər və bununla da dövriyyələrini artıracaqlar.
Mobil-POS funksiyasını həm “iOS”, həm də “Android” əməliyyat sisteminə malik smartfon vasitəsilə sifariş etmək mümkündür. Lakin bu xidmətdən yararlanmaq üçün “Android” əməliyyat sisteminə məxsus və NFC modulu olan smartfonun olması zəruridir. Xidmətdən Müştəri Bank istifadəçiləri yararlana bilər. Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir.
Əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün əlverişli olan xidməti tətbiq etməklə əlavə POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasına ehtiyac yoxdur. Xidmətə qoşulma ödənişsizdir, üstəlik bunun üçün Kapital Bank filiallarına gəlməyə ehtiyac yoxdur: qoşulma tam olaraq Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada həyata keçirilir. Mobil POS vasitəsilə ödəniş qəbul etmək və həmçinin, əməliyyat tarixçəsinə və mövcud Mobil POS terminallarının məlumatlarına baxmaq olar.
Qeyd edək ki, Kapital Bank 2022-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq hüquqi şəxs və fərdi sahibkarlara Mobil POS xidmətini təqdim edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Visa şirkəti ilə birgə təqdim edilən bu xidmət vasitəsilə sahibkarlar ənənəvi POS-terminal əvəzinə smartfonları vasitəsilə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş üsullarından ödənişləri qəbul edə bilərlər.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir

























