Azərbaycan şirkətləri üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayacaq
Azərbaycanda "Amazon" və "Ebay"la bağlı e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayır.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağı (DTH) və Azexport portalının tərəfdaşı EU4Digital təşəbbüsü ilə Azərbaycanda yerli şirkətlər üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayacaq.
Mərkəzin yaydığı məlumatda bildirilir ki, layihənin reallaşdırılmasında əsas məqsəd bizneslərə beynəlxalq bazara çıxış, logistika, marketinq, vergi və digər sahələrdə yaranan çağırışlarda dəstək olmaqdır.
2023-cü ilin mart, aprel və may aylarını əhatə edən layihədə iştirak Azərbaycan bizneslərinə beynəlxalq bazarlarda qeydiyyatdan keçmək, e-ticarət üçün düzgün məhsulları və onların marketinq strategiyasını seçmək, müştərilərə effektiv xidmət göstərmək, logistik imkanlardan istifadə, hesabın və ya məhsulun bloklanma səbəblərini anlamaq, e-ticarətlə bağlı yaranan hüquqi, vergi, maddi-texniki və digər problemlərə həll yollarını tapmaq imkanı yaradacaq. Layihə haqqında ətraflı:
Əhatə olunan bazarlar:
- Amazon, Allegro, Ebay, Otto, ETSY, Bol.com, Zalando, Kaufland, Pigu.It
Əhatə dairəsi:
• Xüsusi e-ticarət mövzuları və seçilmiş bazarlar (məsələn, Amazon, eBay) üzrə 4 qrup təlimi mart, aprel və may aylarında keçiriləcək
• Sistem üzərindən audio/video/yazılı fərdi məsləhətləşmələr (hər şirkət üçün 5 saat) mart, aprel, may və iyun aylarında mümkün olacaq
Təlimlərin mövzuları:
1. Bazarların təqdimatı (hansı məhsullara uyğundur, xüsusi bazarların üstünlükləri, necə qeydiyyatdan keçməli və qeydiyyat üçün tələblər, ödəniş imkanları);
2. Səhifənin yaradılması, siyahıya salınması və məhsulun yerləşdirilməsi;
3. Rəqəmsal marketinq strategiyası;
4. Müştəri dəstəyi;
5. Brend və hesabın bloklanmasının səbəbləri, habelə vergi və gömrük prosedurları.
Şirkətlərin seçilməsi üçün əsas meyarlar:
• Seçilmiş bazarda mövcud hesabın olmaması;
• Yerli və ya qlobal bazarda təcrübə;
• E-ticarət üçün seçilmiş məhsulun təhlükəsiz, gömrük və sertifikatlaşdırma probleminin olmaması;
• Məhsulun saxlama müddəti;
• Təlimlərə vaxt ayırmaq imkanı;
• İngilis dili biliyi.
Qeydiyyat üçün link: https://bit.ly/3ZArEpR
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























