Azercell şirkətinin dövlət büdcəsinə ödədiyi vergi kəskin artıb
Şirkətin telekommunikasiyanın inkişafına yatırdığı sərmayə təxminən 2 dəfə artıb.Azərbaycanın iri mobil operatoru “Azercell Telekom” MMC, 2022-ci ildə, Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisindən biri kimi dövlət büdcəsinə 169,3 milyon manat, 26 il ərzində isə ümumilikdə 2,2 milyard manat vergi ödəyib.
Marja.az xəbər verir ki, bu, “Azercell Telekom” şirkətinin yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, Azercell, 5 milyondan artıq abunəçi və 48,2% bazar payının sahibi kimi 2022-ci ildə də telekommunikasiya sektorunda öz liderlik mövqeyini qoruyub saxlayır.
Mobil operator 2022-ci ildə ölkədə telekommunikasiyanın inkişafına 88,5 milyon ABŞ dolları, 1996-2022-ci illər ərzində isə 1,9 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.
Xatırladaq ki, “Azercell Telekom” şirkəti 2021-ci ildə dövlət büdcəsinə 122,7 milyon manat vergi ödəmiş, telekommunikasiyanın inkişafına 2021-ci ildə 44,7 milyon ABŞ dolları sərmayə yatırmışdı. Şirkət 2021-ci ildə ölkənin mobil kommunikasiya bazarında 51.8% pay sahib idi.
Beləliklə, ötən il “Azercell Telekom”un dövlət büdcəsinə ödədiyi vergi 46,6 milyon manat və ya 38%, telekommunikasiyanın inkişafına yatırdığı sərmayə isə 43,8 milyon dollar və ya təxminən 2 dəfə artıb.
Hazırda şirkətin ölkə üzrə coğrafi əhatə dairəsi 94,60%, əhali əhatəsi isə 98,40% təşkil edir.
Azercell 2022-ci ildə həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinə ümumilikdə 0,2 milyon ABŞ dolları sərf edib ki, bu göstərici 26 il ərzində 22,3 milyon ABŞ dolları təşkil edib.
Ölkədə təhsilin inkişafı, yüksək ixtisaslı kadrların yetişdirilməsi, insan kapitalının formalaşmasına xüsusi önəm verən Azercell 2022-ci ildə İnsan kapitalının inkişafına 0,9 milyon ABŞ dolları, 26 il ərzində isə 27,7 milyon ABŞ dolları həcmində vəsait xərcləyib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























