“Bu il Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq” - Qazaxıstan XİN
Bu ildən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq.
“Kazinform” informasiya agentliyi xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko Mərkəzi Kommunikasiyalar Xidmətinin brifinqində bildirib.
O qeyd edib ki, hazırda ölkədən neftin ixracı bir neçə mühüm istiqamət üzrə həyata keçirilir. “Bu sıraya Rusiyadan keçən istiqamətlər də daxildir. Xəzər boru kəməri konsorsiumu, Atırau-Samara neft kəməri, Aktau-Mahaçqala istiqamətləri də mövcuddur. Bu ildən Aktau-Bakı marşrutu üzrə də nəqlə başlanılacaq. Yəni neft Azərbaycan vasitəsilə daşınacaq”, - deyə Qazaxıstan XİN başçısının müavini bildirib.
Roman Vasilenko xatırladıb ki, Qazaxıstan nefti təkcə Şərq-Qərb deyil, Şimal-Cənub istiqamətində də nəql olunur. Cənub marşrutu Türkmənistan və İrandan keçir. Türkiyə vasitəsilə İrana neftin daşınması barədə danışıqlar aparılır.
Bundan əvvəl “Xarici Siyasət Araşdırmaları İnstitutu” Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Amangəldi Tajenov bəyan edib ki, Aktau-Bakı marşrutunun işə salınması ilə Qazaxıstan üçün enerjidaşıyıcılarının Avropa İttifaqına tədarükçüsü qismində əlavə imkanlar açılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























