Dünyada yeni bank böhranı - Avropada yerləşən iri bank təhdid altında
Ən böyük investorunun İsveçrə bankına daha çox maliyyə yardımı göstərə bilməyəcəyini söyləməsi səbəbindən, Credit Suisse səhmləri yeni rekord səviyyəyə düşüb. Bununla əlaqədar olaraq qlobal bank səhmləri yeni bir zərbə alıbDünyada yeni bank böhranı başlayıb.
Marja xəbər verir ki, ABŞ-ın Silikon Vadisi Bankı (SVB) daxil 3 bankının iflası ilə başlayan böhran, indi Avropada yerləşən iri Credit Suisse-i təhdid edir. Bu bank investisiya bankçılığı sahəsində dünyanın ən görkəmli adlarından biridir.
Credit Suisse-in səhmlərinin qiyməti, ödəmə qabiliyyəti ilə bağlı suallar artdıqca, bir gündə rekord səviyyədə - 28% ucuzlaşıb. Ötən il ərzində də bu bankın səhmləri kəskin dəyər itirib.
Credit Suisse Group-ın səhmləri, ən yaxşı investorlardan biri olan Səudiyyə Milli Bankının, qaydaların İsveçrənin maliyyə şirkətinə daha çox maliyyə yardımı göstərməsinə mane olduğunu açıqlamasından sonra kəskin ucuzlaşıb.
Həftə sonu ABŞ-da SVB and Signature Bank-ın qəfil çökməsi səbəbindən bazar ertəsi bank səhmləri ucuzlaşıb. ABŞ-ın regional bankları və digər ölkələrdə bir sıra banklar yenidən təzyiq altındadırlar.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 7 d. əvvəl
- 14 d. əvvəl
- 25 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 33 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
























