Fitch Türkiyənin reytinq proqnozunu “mənfi” olaraq təsdiqlədi
Beynəlxalq kredit reytinq agentliyi Fitch ilin ilk qiymətləndirməsində Türkiyənin kredit reytinqini və proqnozunu dəyişməyib.
Marja xəbər verir ki, Fitch Türkiyə iqtisadiyyatını qiymətləndirərkən ölkənin kredit reytinqini “B”, proqnozunu isə “mənfi” olaraq təsdiqləyib.
Qeyd olunub ki, “B” reytinqi zəif xarici maliyyələşdirməni, müdaxilə və qeyri-ənənəvi siyasət nəticəsində artan iqtisadi pisləşmələri, siyasi və geosiyasi riskləri əks etdirir.
Qurum hökumətin iqtisadi artıma dəstəyi ilə inflyasiyanın bu il orta hesabla 56,5 faiz olacağını, iqtisadi artımın 2,5 faizə enəcəyini, 2024-cü ildə isə 3 faiz olacağını nəzərdə tutur.
Bildirilib ki, inflyasiya gözləntilərinin artması və Türk Lirəsinin (TL) daha da ucuzlaşması inflyasiyanın yenidən yüksəlməsi riskini yaradır.
Fitch 8 iyul 2022-ci il tarixli qiymətləndirməsində Türkiyənin kredit reytinqini "B+"dan "B"yə endirib və proqnozunu "mənfi" olaraq saxlayıb.
Təşkilat noyabr qiymətləndirməsində, reytinqi və proqnozu olduğu kimi təsdiqləmişdi.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 7 d. əvvəl
- 14 d. əvvəl
- 25 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 33 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu























