İsveçrənin UBS bankı Credit Suisse-i almaq üçün danışıqlar aparır
İsveçrənin ən böyük bankı olan UBS, səhm qiymətlərində çöküşlə üzləşmiş Credit Suisse-ın alınmasını müzakirə edir.
Marja xəbər verir ki, bu barədə Financial Times mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ölkənin bank sektoruna etimadı gücləndirməyə çalışan, danışıqların təşkilinin arxasında dayanan İsveçrə Milli Bankı və maliyyə tənzimləyicisi FINMA-dır.
Qəzetin yazdığına görə, maliyyə təşkilatlarının birləşməsi müzakirə olunan variantlardan sadəcə biridir.
Çərşənbə günü İsveçrənin ən böyük banklarından biri olan Credit Suisse-ın səhmləri birjada 30%-ə yaxın ucuzlaşmışdı. Maliyyə şərhçisi və ən çox satılan "Zəngin ata Kasıb ata" kitabının müəllifi Robert Kiyosaki (o, 2008-ci ildə Amerika bank nəhəngi Lehman Brothers-in iflasını dəqiq proqnozlaşdırmışdı) Amerika Silikon Vadisi Bankının iflasından sonra növbəti bankın iflasa uğrayacağını, bunun Credit Suise olacağını bildirmişdi. Səhmləri kəskin ucuzlaşmış Bank Mərkəzi Bankdan 50 milyard İsveçrə frankı (təxminən 53,7 milyard dollar) qədər borc alacağını bəyan etmişdir. Bundan sonra bankın səhmləri bahalaşmışdır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 6 d. əvvəl
- 13 d. əvvəl
- 24 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 32 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu























