"Avropa, ABŞ və Yaponiyada bankların bazar dəyəri martın əvvəlindən 459 milyard dollar azalıb"
ABŞ, Avropa və Yaponiyanın ən iri banklarının səhmlərinin dəyəri Amerika Silikon Vadisi Bankının (SVB) müflisləşməsi və İsveçrə bankı "Credit Suisse"ın problemləri fonunda martın əvvəlindən orta hesabla 16% (pul ifadəsində 459 milyard dollar) azalıb.
Marja xəbər verir ki, bu barədə Financial Times qəzeti yazıb.
Qeyd edilib ki, bu, 2020-ci ilin martından bəri ən böyük enişdir.
Nəşr bildirir ki, tənzimləyicilərin indiyə qədər vəziyyəti sabitləşdirmək cəhdlərini yalnız qismən uğurlu kimi qiymətləndirmək olar. ABŞ bankı "First Republic" və "Credit Suisse" müvafiq olaraq, 30 milyard və 54 milyard dollar təcili kredit almalarına baxmayaraq, cümə günü bu qurumların səhmlərinin ucuzlaşması davam edib.
Nəşrin mənbələri onu da bildirir ki, mövcud vəziyyətə görə Amerika Goldman Sachs qiymətli kağızların ticarətində təxminən 200 milyon dollar itirib. Bank bu məlumatı şərh etmir.
Bayden əmindir ki, ABŞ-da bank böhranı səngiyib
ABŞ prezidenti Co Bayden cümə günü ABŞ-ın bank böhranının azaldığına əminliyini ifadə edib. O, Ağ Ev həyətində jurnalistlərə müsahibə verib. Dövlət başçısından “bank böhranının səngidiyinə” əmin olub-olmadığını soruşublar. Bayden müsbət cavab verib.
Cümə günü əvvəl Bayden Konqresdən administrasiyasına maliyyə institutlarını uğursuz idarə edən bankların rəhbərliyini ciddi şəkildə cəzalandırmaq səlahiyyəti verməsini istəyib.
Kaliforniya Maliyyə Mühafizəsi Departamenti martın 10-da ABŞ-da texnologiya və vençur kapitalı firmalarına xidmət göstərən 16-cı ən böyük bank olan SVB-nin müflis olduğunu elan edib. Bu, 2008-ci il maliyyə böhranından sonra Amerika bankının ən böyük iflasıdır. SVB ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının nəzarətinə verilib. Martın 12-də Nyu-York ştatının tənzimləyicisi sistem risklərini aradan qaldırmaq üçün "Signature Bank"ı bağlamaq qərarına gəlib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 7 d. əvvəl
- 14 d. əvvəl
- 25 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 33 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu





















