Yüksək inflyasiya və böhranın kölgəsində FED üçün çox çətin qərar günü
Qlobal bazarlarda gözlər ABŞ Mərkəzi Bankının (FED) bu axşam açıqlayacağı faiz qərarında olacaq. Fed-in son bank böhranı və davamlı yüksək inflyasiya problemlərindən hansına üstünlük verəcəyi böyük maraqla gözlənilir.
Marja.az-ın məlumatına görə, Cerom Pauellin sədrliyi ilə keçirilən FED-in iclası qeyri-müəyyənliklər kölgəsində dünən axşam başlayıb. Bir çox iqtisadçı faizlərdə 0,25 faiz bəndi artım gözləsə də, bəziləri maliyyə sabitliyini dəstəkləmək üçün artımların dayandırılmasının lazım olduğu qənaətindədir.
İclasın ən mühüm cəhətlərindən biri FED rəsmilərinin dekabr ayından bəri ilk dəfə faiz dərəcəsi proqnozlarını yeniləmələri olacaq. Bu proqnozlar bu il daha da faiz artımlarının gözlənilib -gözlənilməyəcəyi ilə bağlı mühüm yol xəritəsi olacaq. FED-in, bank böhranı ilə əlaqədar olaraq 2023-cü ildə pik faiz dərəcəsi üçün 5,1 faiz olan proqnozunu yüksəldəcəyi gözlənilmir.
Çərşənbə axşamı günündən etibarən FED-in 0,25 bəndlik faiz artıracağı bazarlarda 80% olaraq qiymətləndirilir. Beləliklə, bankın uçot dərəcəsini 4,75% -5% aralığına qaldıracağı gözlənilir. Bu, 2007-ci ildən bəri ən yüksək səviyyədir.
Yenə də qərarla bağlı qeyri-müəyyənlik yüksək olaraq qalır. Son 2 həftədə ABŞ-ın 3 bankının müflis olması və UBS-in problemli Credit Suisse-i alması səbəbindən investorların və iqtisadçıların faizlərin artırılacağı barədə gözləntilərini azalıb.
FED-İN ÇƏTİN DİLEMMASI
"Barclays"ın iqtisadçısı Jonathan Millar, "FED üçün inflyasiyanın cilovlanması, yoxsa maliyyə sabitliyi risklərinin azaldılması dilemması bu iclasda qərar qəbulunu çətinləşdirir", -deyib.
Bloomberg-in iqtisadçısı Anna Vonq deyib: "Faizlərin artırılmasının dayandırılması FED-in bank sisteminə və iqtisadiyyatın dayanıqlığına güvənmədiyi mesajını verə bilər. Faiz dərəcələrini artırmaqda davam edərsə, bu sektorda stressi artıra və investorları daha da qorxuda bilər".
"Goldman Sachs" qrupun iqtisadçıları Manuel Abecasis və Tim Krupa FED-in tarixini şərh edərək, "Tarixi məlumatlar göstərir ki, FED maliyyə gərginliyi dövründə sərt pul siyasətini (faiz artırmağı) davam etdirməyə deyil, problemin həllini gözləməyə üstünlük verir" deyiblər.
FED-in qərarının mətnində daha yumşaq bir dil istifadə edilə biləcəyi qeyd edilir. Həmçinin, Bank maliyyə bazarlarında baş verən hadisələri və onların iqtisadi perspektivə təsirlərini yaxından izlədikləri mesajını da verə bilər.
FED faiz qərarını bu axşam Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 7 d. əvvəl
- 14 d. əvvəl
- 25 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 33 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu























