Böhrana baxmayaraq İsveçrə Milli Bankı faiz artırdı
Tarixinin ən böyük bank böhranı ilə üzləşən İsveçrə monetar sərtləşdirmə yolundan geri addım atmadı. İsveçrə Milli Bankı gözləntilərə uyğun olaraq faizini 0,50 faiz bəndi artırıb.ABŞ Mərkəzi Bankından (FED) sonra İsveçrə Milli Bankı bank böhranının kölgəsində faiz artırıb.
Marja xəbər verir ki, Bank faizini 0,50 faiz bəndi artıraraq 1,50 faizə çatdırıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozu faiz dərəcəsinin 0,50 bənd artırılacağı idi.
İsveçrənin köklü bankı Credit Suisse-dəki böhran ilə əlaqədar olaraq İsveçrə Milli Bankı işə qarışaraq banka 54 milyard dollarlıq kredit xətti açıb.
Davam edən böhran zamanı başqa bir köklü bank - UBS tarixi satınalma ilə Credit Suisse-i almağa razı olub.
UBS-in rəqibini almaq üçün 3 milyard İsveçrə frankı (3,3 milyard dollar) ödəyəcəyi bildirilib.
İsveçrə Milli Bankı saziş çərçivəsində UBS-ə 100 milyard frank likvidlik xətti verməyə razılaşıb. İsveçrə hökuməti, həmçinin UBS-ə alışdan yarana biləcək itkilərə görə 9 milyard frank zəmanət veriləcəyini açıqlayıb. İsveçrənin bank qurumu Finma, sövdələşmədən sonra 16 milyard franklıq riskli Credit Suisse istiqrazının dəyərsiz olacağını açıqlayıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 8 d. əvvəl
-
18 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
24 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı








.png)














