Rusiya neftin qiymətinin artacağını gözləyir
"Dünya bazarında neftin qiymətinin enməsinə ABŞ-dakı bank böhranı səbəb olub, qısa müddətdə qiymətlər əvvəlki səviyyələrinə qayıdacaqlar".
Marja xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak hesab edir.
"Hesab edirəm ki, qiymətlərin enməsi bütövlükdə iqtisadiyyat üçün kifayət qədər böyük risklər yaradan bank böhranı ilə bağlıdır. Təbii ki, neft bazarı buna reaksiya verir. Amma gördüyümüz kimi, vəziyyət yaxşılaşır və qiymət artıq bir qədər qalxıb. Fikrimcə, qısamüddətli perspektivdə də əvvəlki səviyyəyə qayıtmalıdır”, - Novak jurnalistlərin ilin ikinci yarısında neftin ucuzlaşmasının sabitləşməsini gözləyirsinizmi sualına cavabında bildirib.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 22:10-da Brent nefti 76 dollardan ticarət olunub.
"Rusiya neft hasilatını azaltmağa hazırlaşır"
"Rusiya fevralda gündəlik 10,2 milyon barel neft hasil edib, martda bu səviyyədən gündəlik 500 min barel azalacaq", - Baş nazirin müavini Aleksandr Novak bildirib.
Rusiya Federasiyasının orta gündəlik neft hasilatı sutkada 9,7 milyon barel olmalıdır.
Bundan əlavə, baş nazirin müavini bildirib ki, Rusiya Federasiyası OPEC+ sazişinə düzəlişlər etmək üçün təkliflər almayıb. Onun sözlərinə görə, bütün iştirakçılar ilin sonuna qədər mövcud müqavilələrin yerinə yetirilməsinə yönəlib.
Novak çərşənbə axşamı bildirib ki, Rusiyanın gündəlik neft hasilatını könüllü olaraq 500 min barel azaltması ilə bağlı qərar uzadılıb və 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədə qalacaq. Əvvəllər yalnız mart ayı üçün qəbul edilmişdi. Onun məqsədi bəzi ölkələr tərəfindən Rusiya nefti və neft məhsulları üçün tavan qiymət mexanizminin tətbiqi fonunda bazar münasibətlərinin bərpasına yardım etməkdir.
Qərbin neft sanksiyaları dekabrın 5-də qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə daşınan Rusiya neftini qəbul etməyi dayandırıb. G7 ölkələri, Avstraliya və Aİ isə Rusiyadan sığortalanmış neftin barrelini 60 dollardan yuxarı qiymətə daşımasını qadağan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
7 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
7 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
7 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
8 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb













.jpg)








