Finlandiyanın tanınmış təkər istehsalçısı Rusiyada bütün fəaliyyətini dayandırdı
Finlandiyanın təkər istehsalçısı "Nokian Tyres" nəinki Rusiyadakı aktivlərinin satışını başa çatdırıb, həm də ölkədəki bütün fəaliyyətini dayandırıb.
Marja xəbər verir ki, bu barədə cümə axşamı şirkət məlumat yayıb.
""Nokian Tyres plc" Rusiyada Rusiyadakı aktivlərinin "Tatneft"ə satışını başa çatdırıb. "Nokian Tyres" hazırda Rusiyadakı bütün fəaliyyətini dayandırıb", - məlumatda deyilir.
Martın əvvəlində şirkət Rusiyadakı aktivlərini 23 milyard rubla (cari məzənnə ilə 285 milyon avro) neft şirkəti “Tatneft”ə satmaqda olduğunu elan etmişdi.
"Nokian Tyres" 2005-ci ildən Rusiyada işləyirdi və Leninqrad vilayətində istehsal müəssisəsi fəaliyyət göstərirdi.
"Nokian Tyres" ötən ilin iyununda Rusiya bazarını tərk etmək niyyətində olduğunu bəyan edib. Daha sonra, noyabr ayında, 2024-cü ilin ortalarına qədər Rumıniyada yeni təkər zavodu tikəcəyini bildirib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 17 saat sonra
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
-
3 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Ən çox oxunanlar
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq



















