Prezident göstəriş verib, 1500 mənzil və fərdi ev veriləcək
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər bu il azı 1500 mənzil və ya fərdi evlə təmin olunacaqƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramının bu il də uğurla davam etdirildiyi vurğulanıb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı geniş miqyaslı sosial dəstək tədbirlərinin həyata keçirildiyini, bu tədbirlərin əhatə dairəsinin yeni layihələrlə getdikcə genişlənməkdə olduğunu bildirib.
Qeyd olunub ki, Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra həmin insanların mənzillə təminatı proqramı beş dəfə genişlənib. Onlara postmüharibə dövründə 4500, keçən il 1500, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib. Cənab Prezidentin göstərişinə əsasən bu il də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə azı 1500 mənzil və fərdi evin verilməsi təmin olunacaq. Yaxın günlərdə həmin mənzil və fərdi evlərin verilməsinə başlanacaq.
Nazirlik tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən 1662 mənzildən artıq bir hissəsi onları ilk bron etmiş şəxslərə satılıb. Hazırda portal üzərindən mənzillərin bron edilməsi və bron etmiş şəxslərə mənzillərin satışı davam edir. Bu satışdan əldə olunan vəsait də bölgələrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına sərf olunacaq.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən son bir ildə 6,6 minədək şəxsin səyyar formada sosial-məişət, 400 şəxsin sosial-hüquqi xidmətlərlə təmin edildiyi diqqətə çatdırılıb.
Sosial xidmət müəssisələrində ötən il 3 mindən, bu il 2300-dən çox şəxsə, həmçinin qurumun layihələri üzrə 4 minə yaxın uşağa reabilitasiya yönümlü sosial xidmətlər, 120 ahıla günərzi xidmətlər göstərildiyi qeyd olunub. Həssas qruplar üçün keçən il və bu il daha 3 günərzi qayğı mərkəzinin açıldığı, qarşıdakı dövrdə günərzi qayğı mərkəzləri şəbəkəsinin daha da genişləndiriləcəyi vurğulanıb.
2022-ci ildə və bu ilin ötən dövründə 242 uşağın övladlığa verildiyi, cari ildə himayədar ailə modelinin tətbiqinə başlanmasının nəzərdə tutulduğu bildirilib.
Nazirliyin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən görülən işlər, övladlarını dövlət uşaq müəssisələrinə yerləşdirmiş ailələrlə bağlı aparılan reinteqrasiya tədbirləri diqqətə çatdırılıb. Dövlət uşaq müəssisələri məzunlarının şəxsi inkişafına, şəhid ailələrinin üzvlərinin, həssas qruplardan olan uşaqların ehtiyac duyduqları sosial-psixoloji dəstəklə təminatı və s. ilə bağlı Mərkəzin layihələrindən bəhs olunub.
Sosial sahədə islahatların reallaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, müvafiq sahələr üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün yeni normativ hüquqi aktların layihələrinin hazırlanması işləri diqqətə çatdırılıb. Nazirlik tərəfindən 2022-ci ildə daha 526, bu il 109, ümumən 2018-2023-ci illərdə 2 minə yaxın normativ hüquqi akt layihəsi hazırlandığı bildirilib.
Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təhlil və tədqiqat işləri, təlimlərin idarəedilməsi üzrə e-sistemin qurulması, Observatoriyanın ixtisaslaşdırılmış təlim mərkəzi kimi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər diqqətə çatdırılıb.
İclasda həssas əhali qruplarının sosial müdafiəsi və sosial xidmətlərlə əhatə olunması, Milli Observatoriya tərəfindən görülmüş işlər, övladlığagötürmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr və s. sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 21 saat sonra
-
-
34 d. əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 43 d. əvvəl
-
49 d. əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
2 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti







.jpg)







.jpg)





