Mərkəzi Bank investisiya şirkətlərinin xalis mənfəətini açıqladı

İnvestisiya şirkətlərinin mənfəətliyində müsbət trend davam edib.
Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə Sabitliyi hesabatında bildirilir.
Hesabatda qeyd edilib ki, 2022- ci ildə investisiya şirkətlərinin xalis mənfəəti 4.6% və ya 0.4 milyon manat artaraq 9.1 milyon manat olmuşdur. Sektorun mənfəətliyində müsbət dinamika müşahidə edilsə də, aktivlər və kapital üzrə artım daha yüksək olmuşdur ki, bu da ROA və ROE göstəricilərinin müvafiq olaraq 23.2% və 8.4%-ə enməsinə səbəb olmuşdur.
Ötən il ərzində investisiya şirkətlərinin müştəri aktivləri genişlənmişdir. 2021-ci il ilə müqayisədə investisiya şirkətlərinin müştəri aktivləri 36% (324 milyon manat) artaraq 1 milyard 236 milyon manata çatmışdır. Müştəri aktivlərində artımın əsas drayveri xarici bazarda broker xidmətləri olmuşdur. 2022-ci ildə xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 77% (449 milyon manat) artmışdır. Digər tərəfdən isə portfel idarəetməsi üzrə müştəri aktivləri 42% (133 milyon manat) azalmışdır. Sektor üzrə müştəri aktivlərinin artımı müsbət hal olsa da, sektorda müştəri aktivləri üzrə yüksək təmərküzləşmə mövcuddur.
Müştəri aktivləri əsasən aşağı riskli qiymətli kağızlara investisiya olunub. Belə ki, 2022-ci ildə investorlar vəsaitlərinin 52%-ni (641.5 milyon manat) aşağı riskli qiymətli kağızlar hesab olunan dövlət istiqrazlarına, 33%-ni (414.8 milyon manat) korporativ istiqrazlara və 11%-ni (142.3 milyon manat) pul vəsaitlərinə yatırmışdır. Bazarda riskli yatırımların az olması fonunda törəmə maliyyə alətlərinə tələb az olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
30 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 33 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
