"Ölkəmizə çoxlu köhnə avtomobillər gətirilir, məhdudlaşdırma havanın keyfiyyətinə müsbət təsir edəcək"
Nazirlər Kabineti tərəfindən yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar, sözsüz ki, həm avtomobil parkının köhnəlməsinin qarşısının alınmasına, həm də atmosfer havasına mənfi təsirlərin azalmasına səbəb olacaq. Müəyyən müddətdən sonra bu qərar atmosfer havasının keyfiyyətində müsbət dəyişikliklərə gətirib çıxaracaq.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İdarə rəisi Nazim Mahmudov deyib. O bildirib ki, atmosferə atılan tullantıların böyük bir hissəsi nəqliyyat vasitələrinin payına düşdüyü üçün bu sahə üzrə daha mütərəqqi metodların tətbiqi, təbiətə dost nəqliyyat vasitələri təşviq edilməlidir.
"Elektromobillərin, hibrid nəqliyyat vasitələrinin, havanı daha az çirkləndirən tullantısız və ya az tullantılı avtomobillərin ölkəyə gətirilməsinin təşviqi, sıxılmış qazla işləyən avtomobillərin sayının artırılması, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrinin minimuma endirilməsi, mühərriki kiçik həcmli avtomobillərə üstünlük verilməsi günümüzün ən aktual məsələlərindəndir."
N.Mahmudov qeyd edib ki, ölkəmizə çoxlu sayda xaricdə istehsal olunmuş köhnə avtomobillər gətirilir ki, onların əksəriyyəti standartlardan da aşağı parametrlərə malikdir və həmin avtomobillər məhz o ölkələrdən gəlir ki, orada ən yüksək standartlar tətbiq edilir.
"Deməli, bu nəqliyyat vasitələrinin texniki göstəriciləri standartlara cavab vermədiyindən onların böyük şəhərlərdə istismarına qanunla yol verilmir. Sahibləri isə bu avtomobilləri ən yaxşı halda satmaqla öz ölkələrində ekoloji problemlərin həllinə nail olmağa çalışırlar.
Sözügedən qərar digər ölkələrdə istifadəsi məhdudlaşdırılan avtomobillərin ölkəmizə axınının, eləcə də, atmosfer havasının çirklənməsinin qarşısını alacaq”.
N.Mahmudovun fikrincə, hazırki dövrdə ola bilsin ki, bu qərarın nəticələri o qədər də hiss olunmasın, lakin müəyyən vaxt keçdikdən sonra bu addımın atmosfer havasının keyfiyyətində müsbət dəyişikliklərə səbəb olacağını müşahidə edəcəyik.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
13 d. əvvəl
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
-
- 14 d. əvvəl
- 15 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Fevralın 21-də gözlənilən hava şəraiti
Dünya markaları ilə rəqabət aparan Azərbaycan məhsulu – "KNARR" boyaları xarici bazarlarda möhkəmlənir
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Ən çox oxunanlar
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
Tesla-dan böyük qiymət endirimi
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı






















