Dolların möhkəmlənməsi ilə qızılın qiyməti düşür
Qızıl dolların möhkəmlənməsi ilə ucuzlaşır, bir unsiyası 1979 dollar ətrafında satılır.
Marja xəbər verir ki, Nyu-Yorkun Comex birjasında qızılın iyun fyuçerslərinin qiyməti 1 unsiya üçün 0,30% azalaraq 1979,10 dollar olub (Bakı vaxtı ilə saat 10:17-də).
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,07% artaraq 102,17 bənd təşkil edib. Eyni zamanda, dollar yen qarşısında 0,23% bahalaşıb. ABŞ valyutasının bahalaşması qızılın digər valyutalarda alınmasını azaldır.
Bununla yanaşı, qızıla tələbi dəstəkləyən əsas amillər bazarlarda qalmaqdadır. Onların arasında qlobal iqtisadiyyatda tənəzzül riskləri, həmçinin ABŞ Federal Ehtiyatlar Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) pul siyasəti var.
Analitikləri bildiriblər ki, "bank sektorunda sistem riskləri ilə bağlı davam edən qeyri-müəyyənlik və FED-in faiz artırması dövrünün sona çatması gözləntiləri nəzərə alınmaqla təhlükəsiz liman aktivi yaxşı dəstəklənməlidir".
Qızıl ənənəvi olaraq etibarlı aktiv hesab olunur və qlobal qeyri-müəyyənliyin artması halında ona tələbat artır. Eyni zamanda, FED-in monetar siyasətini yumşaltması (faizlərini aşağı salması) dolları ucuzlaşdırır ki, bu da qızıl üçün müsbətdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
26 d. əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
-
2 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
2 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Ən çox oxunanlar
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı





















