Bakıdakı tıxaclar ilə bağlı hökumətin planı açıqlandı - XARİCİLƏR CƏLB OLUNUB, MODEL HAZIRLANIR
Aparıcı beynəlxalq konsaltinq şirkətləri cəlb olunmaqla ictimai nəqliyyatın idarə edilməsi və mobillik modeli hazırlanır.Paytaxtda və ətraf ərazilərdə tıxaclar getdikcə artmaqdadır. Sanki mənzərə yaranır ki, nəqliyyat sistemi idarəolunmaz vəziyyətə gəlib. Hökumətin bununla bağlı hansı tədbirləri var?
Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, iqtisadi aktivliyin, həmçinin əhalinin nəqliyyat ehtiyaclarının artması bütün dünyada, xüsusən iri şəhərlərdə və iqtisadi mərkəzlərdə tıxac probleminin yaranmasına səbəb olur:
"Bakı paytaxt olmaqla yanaşı, ölkəmizin həm iqtisadi, həm təhsil mərkəzidir. Ölkədə əhalinin orta sıxlığı hər kv. km-də təqribən 92 nəfər, Bakı şəhəri aqlomerasiyasında 840 nəfər/kv. km, Abşeron iqtisadi rayonu üzrə 400 nəfər/kv. km təşkil edir. Bu səbəbdən şəhər ərazisində və şəhərin giriş-çıxış yollarında ilbəil artan sıxlıq müşahidə olunur. Bakı şəhəri daxil olmaqla Abşeron yarımadasında yaşayan əhalinin sıxlığı və onların mobilliyinin təmin edilməsi nəzərə alınaraq, inteqrasiya olunmuş nəqliyyat sisteminin qurulmasına ehtiyac var. İctimai nəqliyyatın tənzimlənməsi üçün elə bir dayanıqlı model qurulmalıdır ki, həm sərnişinlərin tələbatı ödənilsin, həm daşıyıcıların maraqları qorunsun, həm də göstərilən xidmətlərin keyfiyyəti və qiyməti əhali üçün uyğun olsun.
Biz sahəvi nazirlik olaraq konseptual yanaşmanın tərəfdarıyıq. Hazırda qeyd etdiyiniz məsələnin həlli ilə bağlı aparıcı beynəlxalq konsaltinq şirkətləri cəlb olunmaqla ictimai nəqliyyatın idarə edilməsi və mobillik modeli hazırlanır. Modelin məqsədi ictimai nəqliyyatda əlçatanlığın artırılması, şəhərin daxilində mobillik sürətinin artırılması, tıxacların aradan qaldırılması və atmosferə atılan tullantıların azaldılmasıdır. Model çərçivəsində Bakının “rəqəmsal əkizi” yaradılacaq ki, bu da qərarların elmi-praktiki əsaslandırılmasını təmin edəcək.
Onu da qeyd etməliyəm ki, modeldə ictimai nəqliyyat, o cümlədən dəmir yolu, metro, taksi, fərdi nəqliyyat vasitələri, eləcə də kiçik təkərli nəqliyyat vasitələri olan velosiped, skuter və samokatlar da nəzərə alınacaq. Eyni zamanda nəqliyyat məsələlərinin həlli istiqamətində görülən işlərə paralel olaraq, Bakı şəhərinin piyada yönümlü şəhərə çevrilməsi, piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması məqsəd kimi qoyulub.
Görülən işlər ekoloji tarazlığın bərpa edilməsinə də xidmət etmiş olacaqdır. Avtonəqliyyat vasitələrinin hərəkət sürəti azaldıqda СО2 tullantısının miqdarı artır, yol hərəkətinin optimallaşdırılması tədbirləri nəticəsində tıxacların aradan qaldırılması və nəqliyyat vasitələrinin hərəkət sürətinin artırılması, bütövlükdə zərərli tullantıların azalmasına səbəb olur".
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
-
- 13 d. əvvəl
- 14 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Fevralın 21-də gözlənilən hava şəraiti
Dünya markaları ilə rəqabət aparan Azərbaycan məhsulu – "KNARR" boyaları xarici bazarlarda möhkəmlənir
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Ən çox oxunanlar
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
Tesla-dan böyük qiymət endirimi
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı























