Azercell Samsung istifadəçilərinə 5G-nin sürətini sınamağa imkan yaradır!
Lider mobil operator Samsung smartfonları üçün eksklüziv 5G lisenziyasını əldə edən ilk yerli mobil operator oldu(®) Bu gündən etibarən Azercell abunəçiləri Fəvvarələr Meydanı boyu Samsung S22 seriyalı smartfonlarında da 5G texnologiyasını sınaqdan keçirə bilərlər. Belə ki, aprel ayının 6-dan başlayaraq “Samsung Azərbaycan” lider mobil operator ilə birgə əməkdaşlıqda bu smartfon modelləri üçün 5G dəstəkli proqram təminatını istifadəyə verir.
Azercell abunəçiləri hər hansı əlavə ödəniş etmədən telefonlarının ekranlarında *595#YES yığmaqla mövcud internet trafikləri çərçivəsində 5G sürətini test ərazisində sınaqdan keçirə bilərlər.
Əlavə olaraq, 5G-ni ilk dəfə sınaqdan keçirən abunəçilərin nömrələrinə 24 saat ərzində 5GB həcmində internet paket də hədiyyə ediləcək. Hədiyyəlik internet paket 30 gün ərzində qüvvədə olacaq.
Qeyd edək ki, Azercell ölkədə ilk 5G şəbəkəsini sınaq rejimində ötən ilin dekabr ayında təqdim edib. Bununla da mobil operator yeni texnologiyaları abunəçiləri üçün əlçatan etmək üzrə bazarda liderliyi qoruyub. Beşinci nəsil simsiz rabitə şəbəkəsi 1Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin edir.
Hazırda 5G şəbəkəsi öz tətbiqini daha çox böyük sənaye şirkətlərində taparaq avadanlıqların uzaqdan idarə edilməsi, məsafədən asılı olmayaraq məlumat bazasına ani giriş imkanının təqdim edilməsi üçün istifadə edilir. 5G yerli biznes və sənayelərdə innovativ həllərin sayını mühüm dərəcədə artırmaqla yanaşı, ucdan-uca müştəri təcrübəsi üçün də daha geniş imkanlar yaradacaq.
5G texnologiyasının istehlakçı seqmentində uğurlu tətbiqi üçün imkanlara gəldikdə isə, onlar dünya miqyasında araşdırılır. Bu texnologiyanın təqdim etdiyi sərhədsiz imkanlar əsasında istifadəçilər üçün perspektivli və innovativ həllər hazırlanır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















