Qərbin sanksiyalarına baxmayaraq, Moskva, milyarderlərin sayına görə yüksəlib
Amerikanın Forbes reytinqinə görə, Moskva ən zəngin milyarderlərin olduğu 10 şəhər arasında altıncı yeri tututb. Nəşrin məlumatına görə, şəhərdə 61 milyarder yaşayır. Jurnal Moskvadakı bütün zənginlərin ümumi sərvətini 307 milyard dollar qiymətləndirib ki, bu da 2022-ci illə müqayisədə 92 milyard dollar çoxdur.
Amerikanın Forbes jurnalı ən çox milyaderin yaşadığı şəhərləri sıralayıb.
Marja xəbər verir ki, milyarderlərin sayı üzrə birinci yerdə Nyu-York (101 milyarder, ümumi sərvəti 616,8 milyard dollar), ikinci yerdə Honq-Konq (70 milyarder, ümumi sərvəti 286,8 milyard dollar), üçüncü yerdə Pekin (68 milyarder, ümumi sərvəti 247,2 milyard dollar), dördüncü yerdə Şanxay (65 milyarder, ümumi sərvəti 181,9 milyard dollar), beçinci yerdə London (63 milyarder, ümumi sərvəti 294,9 milyard dollar) altıncı yerdə Moskvaddır (61 milyarder, ümumi sərvəti 307 milyard dollar).
Forbes reytinqinə görə, Moskva ən çox milyarderlərin olduğu 10 şəhər arasında altıncı yeri tutub.
Milyarderlərin cəmi sərvətinə görə Moskvanı yalnız Nyu York (617 milyard dollar) və Paris (409 milyard dollar) qabaqlayır.
Jurnal qeyd edib ki, Rusiyanın Ukraynaya hücumuna və Qərbin sanksiyalarına baxmayaraq, Moskva, şəhərdə yaşayan milyarderlərin sayına görə yeddinci yerdən altıncı yerə yüksəlib, həmçinin onların ümumi sərvətinə görə üçüncü yerdədir. Moskvada yaşayan milyarderlərin sayı 8 nəfər artıb. Jurnal bütün Moskva milyarderlərinin ümumi sərvətini 307 milyard dollar qiymətləndirib ki, bu da 2022-ci illə müqayisədə 92 milyard dollar çoxdur.
Moskva milyarderlərinin təxminən üçdə ikisi var-dövlətini artıra bilib.
Moskvada ən varlı milyarder Vladimir Potanindir. Onun sərvəti ötən il 23,7 milyard dollar təşkil edib.
Ümumiyyətlə, "Forbes"in dünyanın ən varlı biznesmenlərinin illik 37-ci reytinqində 123 rusiyalı yer alıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 d. əvvəl
Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
-
20 d. əvvəl
"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ
-
-
1 saat əvvəl
Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
-
1 saat əvvəl
Azərbaycanda 2027-ci ilədək 8 günəş və külək stansiyaların istismara verilməsi planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Dəmir Yolları” işçilərin ixtisarı ilə bağlı xəbərlərə aydınlıq gətirdi
-
3 saat əvvəl
AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!
-
3 saat əvvəl
“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib
Son Xəbərlər

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Sentyabrın 26-da gözlənilən hava şəraiti

AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!
Ən çox oxunanlar

“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib

"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək

"Port Baku"nun yanında metro stansiyası olacaq

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
