2022-ci ildə rublun ixrac hesablaşmalarında payı dolların payına bərabər olub
İxrac ilə əlaqədar hesablaşmalarda Rusiya rublunun payı 2022-ci ilin sonuna kimi 30%-i ötüb, ABŞ dollarının payına bərabər olub və avronun payını üstələyib.
Marja xəbər verir ki, bu, Rusiya Mərkəzi Bankının "Maliyyə sektoru və maliyyə alətlərinin icmalı"nda bildirilir.
“2022-ci ilin mayından qeyri-dost ölkələrə təbii qaz tədarükü üçün ödənişin rubl ilə qəbul edilməsindən sonra milli valyutanın ixrac tədarükündə payı ABŞ dollarının payı ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb və ilin sonunda 30%-i ötüb. Rublun payı dolların payına bərabər olub, avronun payını nəzərəçarpacaq dərəcədə üstələyib”, - İcmalda qeyd edilib.
Bununla belə, Mərkəzi Bankın icmalında qeyd olunur ki, həm ixrac, həm də idxal tədarükü üzrə hesablamalarda ABŞ dolları və avronun ümumi çəkisi 50%-ə yaxındır.
Qeyd edilib ki, ödənişlərdə Çin yuanının payının artması müşahidə edilir. Valyuta riskinin baş verməməsi üçün Rusiya şirkətlərinə qeyri-dost ölkələrin valyutaları ilə hesablaşmamaq tövsiyə olunur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 16 saat sonra
-
- 13 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















