Neftin qiyməti 5 ayın ən yüksək səviyyəsinə yaxındır
ABŞ-da Oklahoma ştatının Cushing şəhərində xam neft ehtiyatlarının azalması, Rusiyanın azalan neft ixracı və İraq Kürdüstanı Regional Hökumətinin boru kəmərilə ixracının kəsilməsi səbəblərindən neft qiymətləri yüksəlir.
Marja xəbər verir, Bakı vaxtı ilə saat 13:57-də Brent nefti 87,17 dollardan ticarət olunub ki, bu da 5 ayın ən yüksək səviyyəsinə yaxındır.
ABŞ xam nefti əvvəlki iki gündə 4,4 faiz bahalaşıb və 83,12 dollardan ticarət olunub.
Bazarların əsas diqqəti OPEC və Beynəlxalq Enerji Agentliyinin (İEA) bu gün və sabah açıqlanacaq aylıq neft bazarı hesabatlarına yönəlib. İEA-nın prezidenti Fatih Birol ilin ikinci yarısında tələbin təklifi üstələyəcəyini deyib.
Xam neft mart ayında son 15 ayın ən aşağı səviyyəsinə çatdıqdan sonra güclü şəkildə yüksəlib və ehtimal ki, FED-in qərarına təsir edəcək.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 17 saat sonra
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
-
3 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Ən çox oxunanlar
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq




















