Güzəşt tətbiq olunacaq yeni məhsul siyahıları razılaşdırılacaq - AZƏRBAYCAN VƏ TÜRKİYƏ SAZİŞƏ DƏYİŞİKLİK EDİR
Azərbaycan nümayəndə heyəti Türkiyədə görüşlər keçiribİqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.
Nazirlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Türkiyənin ticarət naziri Mehmet Muşla görüşündə nazir Mikayıl Cabbarov dövlət başçılarının siyasi iradəsinin, dostluq və qardaşlıq münasibətlərinin, verdikləri tapşırıqların icrasının əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Qardaş ölkələr arasında uğurlu investisiya əməkdaşlığının həyata keçirildiyi, Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyənin 1-ci yerdə olduğu, o cümlədən ölkəmizdə qeyri-neft-qaz sektoruna ən çox investisiya yatıran ölkənin Türkiyə olduğu diqqətə çatdırılıb. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətləri fəallıq göstərirlər və bu, qardaşlığımızı bir daha nümayiş etdirir.
Türkiyənin ticarət naziri Mehmet Muş ölkələrimizin strateji müttəfiqliyini vurğulayıb, Azərbaycan-Türkiyə iş birliyinin daha da gücləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib. Tərəflər kiçik və orta biznes tərəfdaşlığı, nəqliyyat, turizm, əczaçılıq sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında protokol paraflanıb. Qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsul siyahılarının razılaşdırılması ticarət tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcək.
Türkiyə Respublikasının energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə keçirilən görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov enerji tərəfdaşlığını vurğulayıb, SOCAR tərəfindən Türkiyədə həyata keçirilən layihələri, “Petkim Külək Enerji Stansiyası”nın bərpa olunan enerji təchizatının artırılması üçün uğurlu model olduğunu qeyd edib.
Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar birgə reallaşdırılan qlobal layihələrin ölkələrimizin strateji maraqlarının təmin olunmasına xidmət etdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən genişmiqyaslı enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir.
Tərəflər energetika sahəsində ölkələrimizin əməkdaşlığı və qlobal layihələrin həyata keçirilməsində tərəfdaşlıq barədə mövcud vəziyyəti müzakirə edib.
Türkiyə Sığorta Birliyinin sədri Atilla Benli ilə görüşdə sığorta sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsinin iqtisadiyyatın inkişafındakı rolu qeyd olunub, Türkiyənin sığorta şirkətlərinin Azərbaycanın sığorta bazarına investisiya yatırmaq imkanları barədə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 5 saat əvvəl
-
18 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
20 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























