Tarif Şurasının qərarı ləğv edilə bilərmi?

Tarif Şurasının 14 iyulda keçirilmiş iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 20 qəpik artırılıb. Hazırda 1 litr üçün “Aİ-92” markalı avtomobil benzini 90 qəpikdir. Digər benzin markalarına gəlincə, “Aİ-95 Premium” 1,15 AZN, “Super Aİ-98” markalı benzinin qiyməti isə 1,20 AZN təşkil edir.
Prezident Tarif Şurasının qərarını ləğv edəcəkmi?
Benzinin bahalaşmasından sonra müzakirə edilən məsələ prezident İlham Əliyevin Tarif Şurasının bu qərarını ləğv edib-etməyəcəyidir. Şuranın 2015-ci il qərarının ləğvi bu müzakirələrin meydana çıxmasının əsasını təşkil edir. Belə ki, 2015-ci ilin 12 yanvarında Tarif Şurasının növbədənkənar iclası keçirilərək, “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik müəyyənləşdirilmişdi. Lakin yanvarın 14-də prezidentin sərəncamı ilə şuranın qərarı ləğv edilmişdi. Məhz bu təcrübənin mövcudluğu prezidentin bu dəfə də qərarı ləğv edəcəyinə dair gözləntilər yaradır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında bildirib ki, o zaman söhbət 2 qəpik yol vergisinin benzinin qiymətinə tətbiq olunmasından gedirdi və bu məbləğ şirkətdaxili vergilərin azaldılması hesabına kompensasiya edildi: “Nəticədə, son məbləğ dəyişməz qaldı. Hazırda isə qiymətin 20 qəpik, yəni 2015-ci ildən fərqli olaraq, 10 dəfə artımı baş verib. Bu, yalnız bir neft məhsuluna tətbiq olunub və 7 səbəb göstərilib”.
İ.Şaban qeyd edir ki, artımın məqsədi SOCAR-ın neft emalı zavodunda daha yüksək keyfiyyətli neft məhsullarının istehsalı üçün modernizasiyanın aparılmasıdır: “Yəni məqsəd lazım olan vəsaitə dəstək verməkdir. Belə olan halda əsaslandırılmış qərar ləğv edilmir”.
Benzinin satış qiymətində aksiz vergisinin xüsusi çəkisi böyükdür.
Ekspertin sözlərinə görə, pərakəndə satışdan SOCAR-a az vəsait qalır: “Satışdan aksiz vergisinə cəlb edilən hissə yüksəkdir”.
O ki qaldı 1 litr benzinin SOCAR-a neçəyə başa gəlməsinə, bu hesablama ictimaiyyətə açıqlanmır.
İ.Şaban deyir ki, yanacağın satış qiymətlərinin necə formalaşdırılmasının ictimaiyyətə açıqlanması ilə bağlı dəfələrdə məsələ qaldırılıb, ancaq nəticəsi olmayıb: “İctimaiyyət kimin – SOCAR, Vergilər Nazirliyi və satıcıların hər litrdən nə qədər qazandığını bilməlidir, burada gizli saxlamalı məqam yoxdur”.
© oxu.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
