Azərbaycanın ötən il neft kəmərlərindən gəlirləri 1,2 milyard manatı ötüb
Ötən il Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 milyard 238 milyon 913,7 min manat təşkil edib, bu da illik müqayisədə 3,4% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ildə sözügedən göstərici 1 milyard 197 milyon 649,8 min manat səviyyəsində olub.
Qeyd edək ki, ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 37 milyon 781,5 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,9% çoxdur.
Ötən il nəqletmənin 78,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 29 milyon749,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,6% çox). Hesabat dövrü ərzində BTC kəməri ilə 5 milyon 103,9 min ton tranzit nefti də (illik müqayisədə 41,8% çoxdur) nəql edilib.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
3 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi























