Tesla-nın gəliri artıb, xalis mənfəəti azalıb
ABŞ-ın elektrik avtomobillər istehsalçısı Tesla-nın gəliri birinci rübdə illik müqayisədə 24 faiz artaraq 23,3 milyard dollar, xalis mənfəəti isə 24 faiz azalaraq 2,5 milyard dollar olub.Tesla 2023-cü ilin birinci rübü üzrə balans hesabatını açıqladı.
Marja xəbər verir ki, müvafiq olaraq, şirkətin gəliri ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 24% artaraq 23,3 milyard dollara yüksəlib. Tesla 2022-ci ilin birinci rübündə 18,8 milyard dollar gəlir əldə etmişdi. Şirkətin gəliri ötən ilin son rübündə 24,3 milyard dollar təşkil edərək rekord qırmışdı.
Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti isə ilin birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 24 faiz azalaraq 2,5 milyard dollar olub. Keçən ilin eyni dövründə Tesla-nın xalis mənfəəti 3,3 milyard dollar olmuşdu. İlin son rübündə isə 3,7 milyard dollara yüksəlmişdi.
Şirkətin 2022-ci ilin birinci rübündə 1,07 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 0,73 dollara qədər azalıb.
İstehsal və təhvil artıb
Tesla 2023-cü ilin birinci rübündə dünya üzrə 440 min 808 avtomobil istehsal edib, 422 min 875 avtomobil təhvil verib.
Bu dövrdə şirkətin avtomobil istehsalı illik 44%, təhvil verilən nəqliyyat vasitələrinin sayı isə 36% artıb.
Tesla-nın yaydığı açıqlamada, Şirkətin istehsal, proqram təminatı və inkişaf sərmayələrinə diqqət yetirdiyi vurğulanaraq, məhsul qiymətlərinin bir sıra amillərdən asılı olaraq yuxarı və ya aşağıya doğru dəyişməsinin davam edəcəyinin gözlənildiyi bildirilib.
Açıqlamada, ilk rübdə bölgələr arasında bir çox avtomobil modelində qiymət endirimləri tətbiq edilsə də, əməliyyat marjalarında idarə edilə bilən bir azalma olduğu, şirkətin, istehsal səmərəliliyi və aşağı logistika ilə avtomobillərin dəyərinin davamlı olaraq azalacağını gözlədiyi ifadə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























.jpg)

