Land Rover üç ayrı markaya bölünəcək
Land Rover üç ayrı markaya bölünəcək
Marja xəbər verir ki, "Jaguar Land Rover" konserni biznesin restrukturizasiyası prosesinə başlayıb.
Rəsmi press-relizdə bildirilir ki, Jaguar Land Rover şirkəti tezliklə fəaliyyətini dayandıracaq. Bundan sonra konsern sadəcə JLR adlanacaq, heç bir açılışı olmadan.
Land Rover markası tamamilə yox olacaq (ləğv ediləcək). Onu üç marka əvəz edəcək: Defender, Discovery və Range Rover.
Bu cür dəyişikliklər ilk növbədə çox uzun adlarla bağlıdır. Məsələn, yolsuzluq avtomobillərindən birinin tam adı Land Rover Range Rover Velar kimi səslənir, baxmayaraq ki, danışıq zamanı ilk iki söz adətən silinir. Keçmiş Land Rover brendlərinin qavrayışında köklü dəyişikliklər baş verməməlidir.
Jaguar brendinə gəlincə, JLR artıq premium avtomobil istehsalçısı olmayacağını açıqlayıb. İndi Jaguar lüks brend kimi yer alacaq. Yeni ailənin ilk avtomobili elektriklə işləyən GT sedanı olacaq ki, bu da tarixdə ən güclü Jaguar olacaq.
Xatırladaq ki, Jaguar Land Rover adı 2008-ci ildə hər iki şirkət Hindistanın Tata korporasiyası tərəfindən satın alındıqdan sonra yaranıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
3 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi






















