Microsoft və Alphabet-in gəlirləri artıb
Yanvar-mart dövründə ABŞ-ın texnologiya şirkətləri Microsoft və Google-un ana şirkəti Alphabet-in gəlirləri artıb.Yanvar-mart dövrünü maliyyə təqvimində üçüncü rüb kimi qəbul edən Microsoft şirkəti balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəlirləri yanvar-mart dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7% artaraq 52,9 milyard dollara çatıb. Microsoft 2022-ci ilin yanvar-mart dövründə 49,4 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti eyni dövrdə 9 faiz artaraq 18,3 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 16,7 milyard dollar olmuşdu.
Microsoft-un səhm üzrə mənfəəti də bu müddət ərzində 2,22 dollardan 2,45 dollara yüksəlib.
Alphabet 2023-cü ilin birinci rübündə gəlirini 3 faiz artırıb
Google-un ana şirkəti Alphabet də 2023-cü ilin birinci rübü üzrə balans hesabatını açıqlayıb. Alphabet-in ilin ilk rübündəki gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 69,8 milyard dollara çatıb. Şirkətin 2022-ci ilin birinci rübündə gəlirləri 68 milyard dollar olmuşdu.
Şirkətin xalis mənfəəti isə birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalaraq 15,1 milyard dollar təşkil edib. “Alphabet” ötən ilin birinci rübündə 16,4 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin ötən ilin yanvar-mart dövründə 1,23 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 1,17 dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi














.jpg)






