“Cahan Holding”-in qurucusu Ulu öndərin 100 illiyinə həsr edilmiş tədbirdə iştirak edib
“Cahan Holding”-in qurucusu, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirdə iştirak edib(®) 25 aprel, 2023-cü ildə dahi lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “"Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" adlı tədbir keçirilib.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi(KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkil etdiyi tədbirdə Azərbaycan və Naxçıvan sahibkarlarının təmsilçisi olaraq “Cahan Holding”in qurucusu və Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, həmçinin “Cahan Holding”ə daxil olan şirkətlərin rəhbərliyi də iştirak edib.
Tədbirdən öncə iştirakçılar fəxri xiyabanda Ulu öndər Heydər məzarını ziyarət edib, abidəsinin önünə əklil qoyub, gül düzüblər. Daha sonra onlar fəxri xiyabanı ziyarət ediblər.
Azərbaycan Respublikasının himni və İkinci Qarabağ Müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək başlanan tədbirdə Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial-Müdafiə naziri Sahil Babayev, İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev və digər dövlət adamları çıxış edərək Ulu öndər Heydər Əliyevin Müasir Azərbaycanın iqtisadiyyatının formalaşmasında önəmli faktor olan sahibkarlığın inkişafı sahəsində gördüyü işlərdən və Azərbaycanın iqtisadi durumu barədə məlumat veriblər.
Tədbirdə həmçinin tamaşaçılara Heydər Əliyevin fəaliyyətini işıqlandıran “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filmi nümayiş olunub.
Tədbir barədə Vüqar Abbasov deyib: “Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu kimi, ölkəmizdə sahibkarlığın inkişafındakı rolu da danılmaz faktdır. Heydər Əliyev deyirdi: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur!” Azərbaycanın bugünkü iqtisadi inkişafı məhz Heydər Əliyevin gördüyü işlərin və onun miras qoyduğu və möhtərəm prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi siyasətinin nəticəsidir.”
Tədbir bədii proqram və qonaqların fərdi görüşləri ilə davam edib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























