İlk rübdə 32 çoxmərtəbəli yaşayış binasına çıxarış verilib
Bu ilin yanvar-mart ayları ərzində 129 751 çıxarış verilib. 2023-cü ilin ilk 3 ayı ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 76,9 % artıb.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin statistik göstəricilərə əsasən, 2023-cü ilin yanvar-mart ayları ərzində 129 751 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,9 % çoxdur.
Cari ilin ilk 3 ayı ərzindəki göstəricinin 22 223-ü (17,1 %) ilkin, 107 528-i (82,9 %) isə təkrar qeydiyyatın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyat 23,6 % artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 11 458-i fərdi yaşayış və bağ evi, 22 451-i mənzil, 93 097-si torpaq sahəsi, 753-ü qeyri-yaşayış binası, 1 797-si qeyri-yaşayış sahəsi, 163-ü əmlak kompleksi, 32-si isə çoxmərtəbəli yaşayış binasıdır. Cari ilin ilk 3 ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 22 323-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Bu ilin ilk 3 ayı ərzində 108 811 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 88,2 % artım deməkdir. Qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 % artaraq 17 714 olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 21 d. əvvəl
-
-
37 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir















.jpg)






