ADY Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar kompleks təlimlər keçirib
(®) 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsinin daha da yaxşılaşdırılması istiqamətində əməkdaşları üçün praktiki təlimlər təşkil edib. Təlimlərin keçirilməsində məqsəd ADY-də sağlam və təhlükəsiz iş şəraitinin davamlı təmin olunmasına töhfə vermək, habelə işçilərin əmək prosesində təhlükəsizlik qaydalarına düzgün əməl etməsini vaxtaşırı olaraq təkmilləşdirməkdir.
Təlimlər zamanı fövqəladə vəziyyət və böhran anlarında təxliyə və ətraf mühitin qorunmasının operativ və səmərəli təşkili mövzusuna üstünlük verilib.
Təlimçilər xüsusilə hündürlükdə və qapalı sahələrdə iş zamanı baş verən hadisələr nəticəsində zərərçəkənlərin təxliyəsi qaydaları, habelə onlara ilk yardımın göstərilməsi, eləcə də yanğın təhlükəsizliyi qaydaları, odsöndürənlər və yanğından mühafizə qatarı ilə dəmir yollarında baş verə biləcək yanğınların söndürülməsi simulyasiyalarında iştirak etməklə praktiki vərdişlərini təkmilləşdiriblər.
ADY əməliyyatların səmərəliliyinin artırılması, sərnişin və yük daşımaların vaxtında və təhlükəsiz mənzil başına çatdırılması ilə bazarda etibarlı tərəfdaş mövqeyinin daha da möhkəmləndirmək istiqamətində əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələri üzrə kompleks tədbirlər planını həyata keçirməkdədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
3 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























