İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstanın texnoparkı ilə memorandum imzalayıb
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov arasında görüş keçirilib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tərəflər Azərbaycanın Tatarıstanla iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edib, əməkdaşlığın gücləndirilməsi üçün görüləcək işlər barədə müzakirə aparıblar.
Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib
Kazanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.
Tədbirdə Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin şaxələndirilməsi barədə fikirlərini bölüşən iqtisadiyyat naziri müvafiq qurumlar arasında institusional əməkdaşlığın intensivləşdirilməsinin əhəmiyyətini, işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində əməkdaşlıq üçün geniş potensialı diqqətə çatdırıb. Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əlaqələri qeyd edən Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Oleq Korobçenko Tatarıstan şirkətlərinin Azərbaycanın biznes dairələri ilə əməkdaşlıq üçün real təkliflərinin olduğunu və bu istiqamətdə işlərin sürətləndirilməsinin vacibliyini ifadə edib.
Tərəflər həmçinin, iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi perspektivlərini müzakirə ediblər.
İclas çərçivəsində Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən 3-cü iclasın yekunlarına dair Protokol imzalanıb. Sənəddə rəqəmsal iqtisadiyyat, elm, təhsil, gənclər, idman mədəni-humanitar, sosial və turizm sahələrində tərəfdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın “Ximqrad” Texnopolisinin “İnnovativ Sənaye Parkı - Yüksək Texnologiyalar sahəsində Texnopark”ı arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Tatarıstan-Azərbaycan biznes forumu keçirilib
Səfər çərçivəsində Kazanda Tatarıstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, İKT, maliyyə və konsaltinq sahələrində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri qatılıb.
Mikayıl Cabbarov Tatarıstanın sənaye zonalarında və qabaqcıl müəssisələrində tətbiq edilən müasir texnologiyaları (nou-hau) yüksək qiymətləndirib, Azərbaycan və Tatarıstan iqtisadiyyatlarının bir sıra oxşar xüsusiyyətlərə sahib olduğundan bu istiqamətdə uğurlu əməkdaşlıq qurulmasının vacibliyini bildirib. Belə ki, Azərbaycanda yaradılmış münbit investisiya mühiti və ölkəmizin əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu Tatarıstan sahibkarlarına geniş perspektivlər vəd edir.
Tatarıstan sahibkarlarının Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirən Oleq Korobçenko işgüzar tədbirlərin sahibkarlar arasında əlaqələrin qurulması və mövcud bağların səmərəliliyinin artırılmasında əvəzsiz rol oynadığını qeyd edib.
Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Tatarıstan Respublikasının İnvestisiya İnkişafı Agentliyinin rəhbərinin birinci müavini İnsaf Vəliyev, Tatarıstanın Ticarət və Sənaye Palatası Şurasının İdarə heyətinin sədri Şamil Aqeyev çıxışlarında iki ölkənin aidiyyəti qurumları və işgüzar dairələri arasında əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüblər.
Tədbirdə Tatarıstan və Azərbaycanda yaradılmış imkanlar, dəstək mexanizmləri və biznes təşəbbüsləri sahibkarların diqqətinə çatdırılıb, iştirakçı şirkətlər arasında B2B formatda görüşlər keçirilib.
Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Tatarıstan Respublikasının İnvestisiya İnkişafı Agentliyində də görüş keçirib. Agentliyin Vahid Təqdimat Mərkəzində iştirakçılar üçün Tatarıstanın iqtisadi və investisiya potensialı ilə bağlı təqdimat nümayiş olunub, Tatarıstan birgə investisiya perspektivlərinin reallaşdırılması imkanları müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 5 saat sonra
-
- 58 d. sonra
- 24 d. əvvəl
-
46 d. əvvəl
Xırdalanın yeni mərkəzi - ilkin ödəniş 15%-ə endirilib, mənzillər tək şəxsiyyət vəsiqəsi ilə satılır
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanlıların Türkiyədən ev alışında Oktyabr rekordu
Starbucks-ın baristaları böyük aksiyaya hazırlaşır
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir





















.jpg)
