SOCAR-ın təşkilatçılığı ilə mini-futbol turnirinin final oyunu keçirilib
(®) 2023-cü il aprelin 29-da “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Neftçi Peşəkar Futbol Klubunun və “Neftçi İdman Klubu” İctimai Birliyinin dəstəyi ilə neft-qaz və neft-kimya müəssisələri arasında mini-futbol turnirinin final oyunu keçirilib.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində mini-futbol turnirindən bəhs edən videoçarx nümayiş etdirilib, daha sonra turnirin final qarşılaşmasına start verilib.
Bakı Tennis Akademiyasında keçirilən final oyununda “SOCAR Downstream Management” MMC-nin və "Suraxanı Oil" Əməliyyat Şirkətinin komandaları üz-üzə gəliblər. Qarşılaşma “SOCAR Downstream Management” MMC komandasının 5:4 hesablı qələbəsi ilə başa çatıb.
Sonda qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Üçüncü yer uğrunda qarşılaşmanın və final oyununun nəticələrinə uyğun olaraq “BOS Şelf” MMC turnirdə 3-cü yerə, "Suraxanı Oil" Əməliyyat Şirkəti 2-ci yerə, “SOCAR Downstream Management” MMC isə 1-ci yerə sahib olub.
Komandalar mükafat, diplom və medallar, həmçinin turnirin ən məhsuldar oyunçusu, ən yaxşı futbolçusu və ən yaxşı qapıçısı mükafat və diplomlarla təltif ediliblər.
Qaliblərə mükafatlar SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov və “Neftçi” Peşəkar Futbol Klubunun futbolçuları Emin Mahmudov, Azər Salahlı, Aqil Məmmədov, Kenni Sayef və Kilan Lebon tərəfindən təqdim olunub.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 11 d. əvvəl
-
- 29 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















