Avro zonasında baza inflyasiya yavaşlayıb
Aprel ayında Avro Zonasında əsas inflyasiya sürətlənsə də, baza inflyasiy son 10 ayda ilk dəfə azalıb. Baza inflyasiyanın aşağı düşməsi də ECB-nin faiz artırması tempini aşağı salmaq ssenarisini gücləndirib.Avrozonada əsas inflyasiya xidmət qiymətləri və enerji qiymətlərindəki artımın təsirilə yüksəlib.
Marja Eurostat-ın məlumatlarına istindaən xəbər verir ki, əsas inflyasiya illik 6,9 faizdən 7 faizə yüksələrək, 2 faizlik hədəfdən xeyli yuxarı qalmaqda davam edib. Proqnoz 6,9 faiz idi. İnflyasiya gözləntilərə uyğun olaraq aylıq 0,7 faiz artıb.
Baza inflyasiya aşağı düşüb
Ərzaq və enerji qiymətlərini nəzərə almayan baza inflyasiya gözləntilərə uyğun olaraq aprel ayında illik müqayisədə 5,6% olub. Mart ayında isə artım 5,7 faiz olmuşdu. Beləliklə, baza inflyasiyada iyun ayından bəri ilk dəfə azalma qeydə alınıb.
Baza inflyasiyanın aşağı düşməsi də Avropa Mərkəzi Bankının (ECB) faiz artım tempini aşağı salmaq ssenarisini gücləndirib.
İqtisadçılar və investorlar ECB-dən 2 dəfə daha kiçik faiz artımı gözləyirlər. İnflyasiya ilə mübarizə çərçivəsində bank ötən yaydan etibarən faiz dərəcələrini 3,50 baza bəndi artırıb.
Hazırda 3 faiz olan depozit faizlərinin iyul ayında 3,75-ə çatacağı gözlənilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 16 saat sonra
-
- 11 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















