Rabitəbank şəhid övladları üçün düşərgə təşkil edib
(®) Ölkənin aparıcı banklarından biri olan Rabitəbank Koporativ Sosial Məsuliyyət çərçivəsində təşəbbüskar addımlar atmağa davam edir.
Ötən günlərdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın yaranmasının 30 illiyi ilə əlaqədar bank “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzində 30 Şəhid ailələrinin uşağı üçün xüsusi düşərgə təşkil edib.
3 gün davam edən düşərgədə uşaqlar intellektual, əyləncəli oyunlara qoşulub və müxtəlif formatda panellərdə çıxış edərək, Rabitəbank-ın əməkdaşları ilə birgə təşkil olunmuş biznes layihə müsabiqəsində iştirak etmişdilər.
Tədbirin sonunda Bankın əməkdaşları uşaqlarla maraqlı söhbət edərək, onların gələcək karyera həyatları üçün töhfələr verib, hər bir uşağa bankın adından hədiyyələr təqdim etmişdilər.
Qeyd edək ki, Rabitəbank bundan öncə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksini ziyarət edərək, orada təhsil alan Şəhid və Qazi ailələrinin övladları üçün ianə edib, Nardaran qəsəbəsində yerləşən 130 nömrəli məktəbi ziyarət etmiş, xüsusilə qız uşaqlarının oxumağının önəmi mövzusunda maarifləndirmə məqsədilə məktəblilərə 400-dən çox kitab hədiyyə etmişdir.
Bank eləcə də, müxtəlif dövrlərdə işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, inkişaf etmiş regiona çevrilməsi, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təminatına dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna və YAŞAT fonduna ianələr köçürmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 saat sonra
-
-
7 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
15 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 16 saat əvvəl
-
16 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
18 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"














.jpg)






