Samsung smartfon satışıında Apple-ı ötüb
Smartfon bazarında nəhənglər arasında rəqabət sürətlə davam edir. Smartfon bazarında tələbin azalmasının davam etməsinə baxmayaraq, Cənubi Koreyanın elektronika nəhəngi “Samsung” 2023-cü ilin birinci rübündə smartfon satışında az fərqlə “Apple”ı geridə qoyub. 2023-cü ilin birinci rübünün nəticələrinə görə, Samsung ümumilikdə 60,6 milyon ədəd smartfon satıb. Bu, "Apple"ın 58 milyon ədədlik satış həcmindən çoxdur.Smartfon bazarı 2023-cü ilin birinci rübündə 7 faiz kiçilib.
Marja xəbər verir ki, "Counterpoint" texnologiya bazarı araşdırma firmasının məlumatına görə, ümumi smartfon bazarı 2023-cü ilin birinci rübündə illik 14% və əvvəlki rüblə müqayisədə 7% azalaraq cəmi 280,2 milyon ədəd təşkil edib.
“Samsung” satış ədədi üzrə “Apple”ı qabaqlayıb, lakin gəlirlilik baxımından geri qalır
Gəlirlər də illik müqayisədə 7 faiz azalaraq 104 milyard dollarla rekord minimuma düşüb.
Samsung satış sayı üzrə liderliyi ələ keçirib. Cənubi Koreyanın elektronika nəhəngi “Samsung” 2023-cü ilin birinci rübündə smartfon satışında az fərqlə “Apple”ı geridə qoyub. 2023-cü ilin birinci rübünün nəticələrinə görə, Samsung ümumilikdə 60,6 milyon ədəd smartfon satıb. Apple isə birinci rübdə gəlir baxımından üstünlüyünü qoruyub saxlayıb. iPhone telefonlarını istehsal edən "Apple" Cənubi Koreyalı rəqibi üzərində əhəmiyyətli üstünlük əldə edərək bazarın gəlirinin də yarısını qazandığını açıqlayıb. "Apple" ilk rübdə iPhone smartfonlarının satışından 51,3 milyard dollar əldə edib.
"Counterpoint"in Tədqiqatlar üzrə Direktoru Jeff Fieldhack, "Apple-ın uğurlu fəaliyyəti onun müştəri bazasının davamlı loyallığı ilə şərtlənir" deyib. Şirkətin inkişaf edən ekosistemi istehlakçıları daha ucuz alternativlər axtarmaqdan çəkindirir. "Apple iqtisadi və digər dalğalanmalara rəqiblərindən daha yaxşı dözür, eyni zamanda sarsılmaz sədaqətdən qazanır".
"Counterpoint" analitiki Tarun Pathak, “Smartfon bazarına təsir edən davamlı problemlərin tezliklə aradan qalxması ehtimalı azdır. Bundan əlavə, OPEC ölkələrinin neft hasilatını azaltmaq barədə son qərarı inflyasiyanın yüksəlməsinə və istehlakçıların xərcləmə gücünün azalmasına səbəb ola bilər. "Sənaye miqyasında tənəzzül smartfon bazarındakı bir çox əsas oyunçunun maliyyə nəticələrinə nəzərəçarpacaq dərəcədə təsir göstərmişdir."
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















