Daha bir xarici bankdan dollar/Türk Lirəsi proqnozları
Türkiyədə ictimaiyyətin diqqəti mayın 14-də keçiriləcək seçkilərə yönəldiyi bir zamanda, xarici qurumların seçkilərin nəticələri ilə bağlı təhlilləri davam edir.
Marja xəbər verir ki, Almaniya təşkiları "Commerzbank"ın İnkişaf etməkdə olan Bazarlar üzrə Baş İqtisadçısı Tatha Ghose, Ərdoğanın prezident seçkilərində qalib gələcəyi təqdirdə Türk lirəsinin "tənzimləmə və çoxsaylı kapital nəzarəti ilə təmin edilən aşağı dəyişkənlikdən" çıxacağını gözlədiklərini bildirib.
Ghose görə, "Millet İttifakı" (Kılıçdaroğlu) seçkidə qalib gəlsə, bazar reaksiyası ilk mərhələdə müsbət olacaq, lakin bu nikbinlik “əsasən kiçik partiyalardan formalaşmış bu ittifaqın əməkdaşlıqda və siyasi qərarların tətbiqində problemləri olarsa Ərdoğanın geri dönəcəyi gözləntisi ilə" qısamüddətli ola bilər.
Bankın hesabatında yer alan proqnozlarına görə, iyun ayının sonunda Avro/Türk lirəsi məzənnəsinin 21,5 lirə, Dollar/Türk lirəsi məzənnəsinin 19,5 lirə olacağı gözlənilir.
Bank Avro/Türk lirəsinin sentyabr ayının sonunda 21,8 lirə, Dekabrın sonunda isə 22,8 lirə olacağını proqnozlaşdırır. Bank USD/TL-nin isə sentyabrda 19,5 lirə, Dekabrda isə 20 lirə olacağını nəzərdə tutur.
Bank 2024-cü ilin mart ayına gəldikdə, Avro/Türk lirəsinin 23 lirə, Dollar/Türk lirəsinin 20,5 lirə olacağını təxmin edib. 2024-cü ilin iyun ayında Avro/Türk lirəsini 23.1 səviyyəsində görən bank, 2024-cü ilin sentyabrında 22.9 lirə, 2024-cü ilin dekabrında isə 23,2 lirə olacağını hesablayır.
USD/TL tərəfində 2024-cü ilin iyun və sentyabr ayları üçün proqnoz 21 lirə, 2024-cü ilin dekabr proqnozu 21,5 lirədir.
Qeyd edək ki, burada verilən təxminlər banklararası bazarda məzənnə səviyyələrinə aiddir. Banklararası bazar məzənnəsi ilə sərbəst bazar məzənnəsi arasında fərq ola bilir. Banklararası bazarda Dollar/TL məzənnəsi 19,50 lirə olduğu halda, "Kapalıçarşı"da 20,50 lirədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 26 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
Tesla-dan böyük qiymət endirimi
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















