Azərbaycanda Belarus liftləri yığılacaq
Azərbaycanda liftlərin yığılması zavodunun yaradılması üzrə yol xəritəsi imzalanıb.Belarus və Azərbaycan əməkdaşlığa dair yeni sənədlər imzalayıblar
Bakıda keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekunları üzrə Belarus və Azərbaycan arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.
Marja Belarus hökumətinin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, sənədlərin əksəriyyəti istehsal sektorunda əməkdaşlığa aiddir.
"Mogilevliftmaş" (Belarus) və "Ulu Göyçə" (Azərbaycan) arasında 2023-2024-cü illər üçün Azərbaycanda liftlərin yığılması zavodunun yaradılması üzrə "yol xəritəsi" imzalanıb.
Belarusun avtomobil istehsalçısı MAZ və Azərbaycanın "Turan" şirkəti arasında MAZ məhsullarının Azərbaycan bazarında təşviqini və ona texniki xidmət göstərilməsini nəzərdə tutan diler müqaviləsi bağlanıb.
Digər sənəd "Kozlov adına Minsk Elektrotexnika Zavodu" (Minsk) ilə "Azmetz" (Azərbaycan) arasında elektrik məhsullarının tədarükünə dair müqavilədir.
Belarusun İdman və Turizm Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında 2023-2025-ci illər üçün bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclasının yekunu üzrə müvafiq protokol da imzalanıb.
XXX
Belarus, Azerbaijan sign documents on cooperation
Belarus and Azerbaijan signed a number of documents on cooperation following the meeting of the intergovernmental commission on trade and economic cooperation in Baku. The meeting was attended by Deputy Prime Minister Igor Petrishenko of Belarus, BelTA learned from the press service of the Belarusian government.
Most of the documents relate to cooperation in the manufacturing sector. A roadmap to set up an elevator assembly plant in Azerbaijan for 2023-2024 was signed between Mogilevliftmash and Ulu Goyce (Baku). The Belarusian auto-maker MAZ and Turan (Baku) concluded a dealer agreement which provides for the promotion of MAZ products in the Azerbaijani market and its maintenance. Another document is an agreement to supply electrical products between Kozlov Minsk Electrotechnical Plant (Minsk) and Azmetzllc (Baku).
The Sport and Tourism Ministry of Belarus and the Ministry of Youth and Sport of Azerbaijan signed a program of cooperation in physical culture and sports for 2023-2025.
A corresponding protocol was signed following the meeting of the intergovernmental Belarusian-Azerbaijani commission on trade and economic cooperation.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
1 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
4 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI






















