Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlarının həcmi azalıb
2023-cü ilin 1-ci rübündə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 19.7% azalaraq 971 mln. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 83.1%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Rüb ərzində xarici valyutanın xalis satışı ötən ilin I rübünə nəzərən 6 dəfə azalmışdır.2023-cü ilin 1-ci rübündə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləmişdir.
Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.
Qeyd edilib ki, rüb ərzində nağd və nağdsız valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə azalmışdır. 1-ci rübdə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən rübə nəzərən 8% azalaraq 6.8 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Nağdsız valyuta əməliyyatlarının 80.6%-i ABŞ dollarında, 19.4%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 21.3%-i banklararası valyuta bazarında (BVB), 78.7%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.
Hesabat dövründə BVB-də əməliyyatların həcmi 35% azalaraq 1.4 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bu seqmentdə əməliyyatların 98%-i ABŞ dollarında aparılmışdır. BVBdə valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır Hesabat dövründə banklararası valyuta bazarında yeni davranış modelinin formalaşdırılması məqsədilə mövcud hərrac mexanizmi saxlanılmaqla, Mərkəzi Banka valyuta bazarına çevik reaksiya vermək imkanı verən, banklara real vaxt rejimində xarici valyutaya tələb və təklifi izləməyə və ən optimal məzənnə ilə əqd bağlamağa imkan verən Blumberqin “BMatch” platforması aktivləşdirilmişdir.
BDVB-də valyuta əməliyyatlarının həcmi 5.3 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən 3.4% çoxdur. Əməliyyatların 76%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 93.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 19.7% azalaraq 971 mln. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 83.1%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Rüb ərzində xarici valyutanın xalis satışı ötən ilin I rübünə nəzərən 6 dəfə azalmışdır.
Rüb ərzində Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların təşkili davam etdirilmişdir. Hesabat dövründə Mərkəzi Bankda ümumilikdə 23 valyuta hərracı keçirilmişdir.
Rüb ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alışsatış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6966 manat, satış məzənnəsi isə 1.7030 manat təşkil etmişdir.
Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı müxtəlif istiqamətdə dəyişmişdir. Belə ki, manatın məzənnəsi Türkiyə lirəsinə, Rusiya rubluna, İngiltərə funt-sterlinqinə qarşı bahalaşmış, avroya, Qazaxıstan tengəsinə, İsveçrə frankına, Yaponiya yeninə və Gürcüstan larisinə qarşı ucuzlaşmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
10 d. əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
-
- 18 d. əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
13 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək














.jpg)










