"TCF BOKT"ın xalis mənfəəti kəskin azalıb
"TCF Bank Olmayan Kredit Təşkilatı" ASC 2022-ci ili 270 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 818 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "TCF BOKT"ın xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 67% azalıb. Ötən il, təşkilatın gəlirlərindəki artımı maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyata ayırma, faiz, ümumi, inzibati və mənfəəti vergisi xərclərinin artması silib.
Marja.az xəbər verir ki, "TCF BOKT"ın faiz gəlirləri 2021-ci ildə 1 milyon 946 min manat ikən, 2022-ci idlə 2 milyon 801 min manat yüksəlib (855 min manat artıb). Təşkilatın faiz xərcləri isə 501 min manat artaraq 1 milyon 5 min manat təşkil edib.
Eyni zamanda, "TCF BOKT" ötən il ehtiyata 588 min manat ayırıb (2021-ci ildə ayırma olmamaışdı). Ötən il Təşkilatın ümumi və inzibati xərcləri 177 min manat artaraq 705 min manata yüksəlib.
Ötən il "TCF BOKT"ın kredit portfeli ötən il 571 min manat azalaraq 2021-ci ilin sonundakı 12 milyon 997 min manatdan 12 milyon 426 min manata düşüb.
"TCF" Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti 2010-cu ilin sentyabr ayında qeydiyyatdan keçib və 01 avqust 2014-cü il tarixində Mərkəzi Bankdan lisenziya alıb.
BOKT-un yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada az gəlirli şəxslərə, sahibkarlara, fiziki və hüquqi şəxslərə qısa və uzun müddətli, təminatlı və təminatsız kreditlər verməkdir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
4 d. əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
-
- 32 d. əvvəl
-
41 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər




















