"Azəraqrartikinti" şirkətinin gəlirləri və xalis mənfəəti kəskin artıb
"Azəraqrartikinti" ASC 2022-ci ili 6 milyon 88 min manat xalis mənfəət ilə başa vurub. ASC 2021-ci ili 2 milyon 596 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azəraqrartikinti" şirkətinin xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 3 milyon 492 min manat və ya 134% (2,3 dəfə) artıb.
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Azəraqrartikinti"nin əsas əməliyyat gəlirləri 2022-ci ildə 2021-ci illə müqayisədə 14 milyon 9 min manat və ya 51,3% artaraq 41 milyon 29 min manat təşkil edib. 2021-ci ildə tikinti şirkətinin əsas əməliyyat gəlirləri 27 milyon 286 min manat olmuşdu.
31 dekabr 2022-ci il tarixində "Azəraqrartikinti" şirkəti 52 milyon 232 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 64 milyon 765 min manat cəmi aktivlərə malik idi. Cəmi aktivlərin azalması pul vəsaitlərinin 23 milyon 235 min manatdan 8 milyon 784 min manata geriləməsi ilə əlaqədardır.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir





















