Süni intellektin yaratdığı "Pentaqonda partlayış" şəkili birjada 500 milyard dollarlıq vahimə yaradıb!
Bir çox böyük xəbər agentlikləri və jurnalistlər tərəfindən dərc edilən Pentaqonda "partlayış" olması ilə bağlı iddialar rəsmən təkzib edilib. Bütün dünyanın gerçək olduğuna inandığı və birjada 500 milyard dollarlıq oynaqlığa səbəb olan görüntünün süni intellekt tərəfindən hazırlandığı ortaya çıxıb.
Son günlərdə edə biləcəkləri ilə bizi təəccübləndirməyə davam edən süni intellekt texnologiyası görüntü yaratmaq qabiliyyəti ilə dünyanı lərzəyə gətirib.
Marja.az xəbər verir ki, bundan əvvəl 266-cı Papa Fransiskə (Franciscus) dair görüntü ilə hər kəsi aldatmağı bacaran süni intellekt, indi Pentaqonla bağlı saxta görüntü ilə ürəkləri ağza gətirib.
Pentaqonda partlayış olduğunu göstərən görüntü ötən gün əksər ABŞ xəbər agentlikləri və məşhur jurnalistlər tərəfindən paylaşılıb. Sosial mediada gündəmə gələn görüntünün bir çoxları tərəfindən real olduğu düşünüldükdən bir neçə saat sonra ABŞ hökumətindən rəsmi açıqlama verilib.
Xəbəri təkzib edən ABŞ Müdafiə Nazirliyi real olduğu düşünülən fotonun saxta olduğunu və hələ ki, mənbəyinin tapılmadığını açıqlayıb.
Əksər ekspertlərin fikrincə, süni intellektin köməyi ilə hazırlandığı düşünülən foto birjaya da dərindən təsir edib. Saxta xəbərlərin yayılmasından bir neçə dəqiqə sonra bazarda 500 milyard dollarlıq oynaqlıq baş verib. Nyu-York birjası 10%-ədək düşüb.
Süni intellektin səbəb olduğu daha bir dezinformasiya ilə əlaqədar olaraq, bir çox insan sosial media vasitəsilə yeni texnologiyaya böyük reaksiyalar göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 saat sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
8 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
10 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
11 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
11 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
