“Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurası müsabiqə elan edirlər
“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Müsabiqə elanı
Ümumi müddəalar
“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Mətbuat Şurası ilə birlikdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında yaradıcılıq müsabiqəsi keçirir.
II. Müsabiqənin istiqamətləri
Müsabiqə üzrə 3 istiqamət nəzərdə tutulur.
1. Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli;
2. Heydər Əliyevin reallaşan arzusu: Qədim İpək Yolundan TRASEKA-yadək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında;
3. Sibirin və Uzaq Şərqin böyük kəşfi-Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi.
III. Müsabiqə üzrə mükafatlandırma
Müsabiqə üzrə mükafatlandırma bu müsabiqə elanının “Müsabiqənin istiqamətləri” adlı II bölümündə göstərilmiş hər istiqamət üzrə ayrılıqda aparılacaqdır.
3 istiqamət üzrə qaliblərin hər biri:
I yer
3 nəfər, 1000 manat
II yer
3 nəfər, 700 manat
III yer
3 nəfər, 500 manat
İştirakçılara həvəsləndirici mükafatlar təqdim olunacaq
Müsabiqə qaliblərinin adları 2023-cu il iyul ayının 20-də açıqlanacaq.
IV. Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
Nəzərdə tutulan istiqamətləndirici mövzuların dolğun əhatə etmə səviyyəsinə;
Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;
Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
İfadə vasitələrinin zənginliyinə;
Oxucu üçün informasiyalılıq dərəcəsinə;
Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Müsabiqəyə 01 iyun 2023-cü il tarixinindən 15 iyul 2023-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, müsahibələr, həmçinin, telekanallarda efirə verilmiş video-materiallar, video-çarxlar, radiolarda səsləndirilmiş audio-materiallar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.
Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.
Yazılarda, telekanal və radio materiallarında “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Qeyd:
Yazı və ya multimedia materialının müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır;
Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır;
V. Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.
1. Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:
-müəllifin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
-şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
-şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
-müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;
-materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
-diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
-yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.
2. Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.
Təqdimatda yer almalıdır:
Müsabiqə yazısı ("Word" faylında, imzasız);
Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);
Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən "link" və sair vasitələr;
Yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Word" faylında);
Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.
Müsabiqəyə yazılar və multimedia materialları [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 01 iyun 2023-cü il tarixdən 15 iyul 2023-cü il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək.
Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.
Əlaqə:
(+994 12) 441 35 96
Mobil/Whatsapp:
(+994 50) 324 65 30
(+994 50) 242 09 91
24.05.2023
Müştərilərin xəbərləri
“Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 5 gün sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
“Papa John’s” səhmləri 20%-ə yaxın ucuzlaşıb – Apollo şirkəti şəbəkəni almaqdan imtina edib
-
7 saat əvvəl
Azərbaycanın Dövlət Agentliyilə Türkiyənin “Ataseven Group” şirkəti arasında razılıq əldə olunub
-
8 saat əvvəl
AccessBank “Access2Success” layihəsinə dördüncü dəfə start verdiyini elan edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"SOCAR-ın xalis mənfəətliliyi son 5 ildə 2 dəfədən çox artıb"
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabaha rəsmi məzənnəsi müəyyən olunub
"SOCAR-ın xalis mənfəətliliyi son 5 ildə 2 dəfədən çox artıb"
Prezident İlham Əliyev Özbəkistana səfərə dəvət edilib
Ən çox oxunanlar
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
Qısa ulduz nömrələri haradan almaq olar?
Bakı Fond Birjası ticarət dövriyyəsinin həcmini açıqladı
Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub
Təhsildən kənarda qalan uşaqlar
Dünyanın ən böyük neft şirkəti, hasilatın artması fonunda xalis mənfəətinin artdığını açıqlayıb










.webp)

.jpg)








.jpg)




