“Rosneft”in xalis mənfəəti birinci rübdə 46 faiz artıb
Rusiyanın ən böyük neft şirkəti "Rosneft"in xalis mənfəəti 2023-cü ilin birinci rübündə 46% artaraq 4 milyard dollar təşkil edib. Şirkətin gəlirləri isə 1,1 faiz azalaraq 22,2 milyard dollara düşüb.Rusiyanın ən böyük neft şirkəti "Rosneft", 2023-cü ilin birinci rübündə xalis mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz artaraq 323 milyard rubla (4 milyard dollar) çatdığını bildirib.
Marja şirkətin açıqlamasına istinadən xəbər verir ki, "Rosneft"in gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% azalaraq 22,2 milyard dollara (1,8 trilyon rubl) geriləyib.
Şirkətin sanksiyalara baxmayaraq sabit maliyyə nəticələri əldə edə bildiyinə diqqət çəkilən açıqlamada, "Rosneft"in ilin ilk rübündə xalis mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz artaraq 323 milyard rubla çatdığı, faiz, vergi və amortizasiyadan əvvəl mənfəəti isə 25,1 faiz artaraq 672 milyard rubl təşkil edib.
Açıqlamada qeyd olunub ki, şirkətin karbohidrogen hasilatı ilin birinci rübündə 2022-ci ilin birinci rübü ilə müqayisədə 1,3 faiz artaraq 5,6 milyon barel ekvivalentinə çatıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















