"Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcək"

Mayın 31-də respublikanın müxtəlif bölgələrində güclü küləklə müşayiət olunan leysan yağışları, qasırğa nəticəsində kənd təsərrüfatı sahələrinə də ciddi ziyan dəyib.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, ötən gün baş verən hadisələrlə bağlı 1651 Çağrı Mərkəzinə müraciətlər hələ də daxil olmaqdadır.
Göyçay rayonunda güclü külək, fırtına xurma və alça bağlarına ziyan vurub. Yağan intensiv yağışlar Şəmkir rayonu ərazisində arpa sahələrində subasmaya səbəb olub. Güclü külək və yağış İsmayıllı rayonunda da ciddi fəsadlar törədib. İnfrastrukturla yanaşı, taxıl və bostan sahələrinə, meyvə bağlarına zərər dəyib.
Güclü küləyin Ağcabədi rayonunda alça bağlarına ziyan vurduğu barədə müraciət daxil olub. Cəlilabadda, Xocavənddə arpa, buğda sahələrinə dolu düşməsi, leysan yağması nəticəsində zərər dəyib. Bölgələrdə hazırda fəsadların aradan qaldırılması və dəymiş zərərin müəyyən edilməsi istiqamətində işlər görülür.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir.
Aqrar Sığorta Fondu sığortalı fermerləri öz sahələrinə baxış keçirərək hadisə ilə bağlı vaxtında məlumat verməyə çağırır. Belə ki, fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalatmış şəxs baş vermiş sığorta hadisələri barədə 10 gün ərzində 1651 Çağrı Mərkəzinə, eyni zamanda məlumatlandırılmalı olan digər aidiyyəti dövlət qurumlarına müraciət etməlidir.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, hadisələrlə bağlı müstəqil aqrar sığorta ekspertləri bölgələrə ezam olunublar. Hazırda dəymiş zərərin ilkin qiymətləndirilməsi prosesi davam edir. Biçindən öncə aparılacaq yekun qiymətləndirmədən sonra fermerlərə dəymiş zərərlər ödəniləcək.
Qeyd edilib ki, respublika ərazisində havaların qeyri-sabit keçməsi nəticəsində aprel ayından başlyaraq kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı müraciətlər artıb. Təkcə may ayında 1651 çağrı mərkəzinə 42 rayondan 337 müraciət daxil olub. Ümumiyyətlə, ilin əvvəlindən 1651 Çağrı Mərkəzinə kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı 700-ə yaxın müraciət daxil olub.
31 may-1 iyun saat 11:00-dək daxil olan müraciətlər:
Kürdəmir- 3-cü şəxslərin hərəkəti – arpa sahəsi
Şəmkir – dolu, sel-subasma – arpa sahəsi
Biləsuvar – sel-subasma – arpa sahəsi
Göyçay- külək, yağış – xurma bağı
Şəki – külək, arpa sahəsi
Yevlax – sel-subasma – pambıq sahəsi
Cəlilabad – dolu, leysan – buğda sahəsi
Bərdə - külək, fırtına - ərik bağı
Ağcabədi – fırtına, alça bağı
Göyçay – fırtına, alça bağı
Ağcabədi – qasırğa, arpa
Cəlilabad – sel-subasma, buğda sahəsi
Biləsuvar – sel-subasma, buğda sahəsi
Xocavənd – dolu, qasırğa, arpa-buğda
Xocavənd – dolu, arpa
Xocavənd – dolu, arpa
Oğuz - uzunmüddətli külək, buğda
Yevlax – yabanı bitkilərin arpa sahəsini basması
Cəlilabad – sel-subasma
Xocavənd – dolu- arpa sahəsi
Cəlilabad – dolu, leysan- buğda sahəsi
Cəlilabad – dolu, leysan- buğda sahəsi
Cəlilabad – dolu, leysan- buğda sahəsi
Cəlilabad – dolu, leysan- buğda sahəsi
Ağdam, Ağcabədi, Xocavənd Füzuli, sel, dolu, arpa, buğda
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
15 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
