KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair sənəd imzalanıb
Tbilisidə keçirilən Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumunda KOB sahəsində yeniliklərə, dəstək və xidmətlərə dair qarşılıqlı məlumat və təcrübə mübadiləsi, ticarət və innovasiya sahəsində əlaqələrin təşviqi, birgə tədbirlərin təşkili nəzərdə tutulur.İqtisadiyyat naziri Mikayıl Cabbarovun Gürcüstana səfəri çərçivəsində Tbilisi şəhərində Gürcüstan-Azərbaycan biznes forumu keçirilib.
Rəsmi şəxslərin, Azərbaycan və Gürcüstan iş adamlarının iştirakı ilə keçirilmiş tədbir çərçivəsində bir sıra sənədlər, o cümlədən KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Gürcüstanın Biznes Assosiasiyasının icraçı direktoru Levan Vepxvadze imzalayıblar.
Memorandumda KOB sahəsində yeniliklərə dair məlumat və KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi, ticarət və innovasiya sahəsində sahibkarlar arasında əlaqələrin təşviqi, bu istiqamətdə müxtəlif platformaların yaradılmasına dəstək, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkili və s. kimi məsələlər nəzərdə tutulur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























