Coca-Cola Azərbaycan “YayLand Fest” yarmarkasında
(©) Coca-Cola Azərbaycan “Nargis” Fondunun təşəbbüsü ilə ilk dəfə həyata keçirilən “YayLand Fest” xeyriyyə yarmarkasının tərəfdaşıdır.
Coca‑Cola Azərbaycanın yarmarkada quraşdırdığı üzərində şəhərimizin görüntüləri əks olunmuş ikonik Coca-Cola şüşəsi instalyasiyası qonaqların marağını cəlb edir. Həmçinin şirkətin burada yerli rəssamın çəkdiyi, özündə Bakının əsas elementləri və musiqi simvollarını əks etdirən foto zonası da tədbirə əlavə rəng qatır.
Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev şirkətin ölkədə sosial layihələrə daim dəstək olduğunu bildirib:
“Coca-Cola fəaliyyət göstərdiyi ölkələrdə sosial təşəbbüsləri dəstəkləyir. Yay aylarında insanların əylənməsi və istirahəti üçün şəhərin mərkəzində belə maraqlı yarmarka təşkil olunub. Xeyriyyə məqsədi ilə keçirilməsi isə layihəyə xüsusi məna qatır. Sevindirici haldır ki, qonaqlar Coca-Cola Azərbaycanın yarmarkada hazırladığı foto zonada və instalyasiyamızın ətrafında şəkillər çəkdirərək bu festivalı unudulmaz edirlər”.
Şəhərin mərkəzində - Fəvvarələr meydanında qonaqlara yay əhvali-ruhiyyəsi bağışlayan yarmarka iyun ayının 15-nə qədər davam edəcək. Yarmarkanın sonunda əldə edilən gəlir xeyriyyə məqsədilə sərf ediləcək.
Qeyd edək ki, Coca-Cola Azərbaycan ölkədə həyata keçirilən sosial layihələrə dəstək olur, müxtəlif təşəbbüslərə qoşulur. Şirkət uzun illərdir keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının da 2017-ci ildən etibarən baş sponsorudur.
Xatırladaq ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir.
Coca-Cola Azərbaycan haqqında daha ətraflı məlumat coca-cola.az saytındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 22 d. əvvəl
-
-
26 d. əvvəl
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib
-
33 d. əvvəl
Ziraat Bank Azərbaycan məktəblilər üçün maliyyə savadlılığı təlimi təşkil etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
-
2 saat əvvəl
Haqsız rəqabətə yol verilib - 6 təsərrüfat subyekti barəsində qərar qəbul edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
“Finex Kredit” yeni imtiyazlı səhmlər buraxmaq istəyir
5 bankda 9 aylıq xalis mənfəət 40 milyon manatdan çoxdur
Çörək şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib
iPhone 17 Çində satış rekordu qırdı
Azərbaycan neftinin son qiyməti
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb
Bank 40-cı filialını Göyçayda açdı













.jpg)






.jpg)



