Nazir müavini dərmanların qiymətinin baha olmasının səbəblərini açıqlayıb
"Əsas gətirirlər ki, bu gün ölkədə qiymətlərin uyğun olmamasının əsas səbəbi istinad ölkələrin siyahısında Türkiyənin götürülməsidir. Bu baxımdan istinad ölkələrə yenidən baxılması nəzərdə tutulub".Azərbaycanda dərman qiymətləri müəyyən ölkələrə baxdıqda bahadır. Lakin siyahı elə də çox deyil.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.
O bildirib ki, Türkiyə ilə qiymətləri müqayisə etsək, Türkiyənin 70-80 faizdən çoxu daxili istehsaldır:
"Bu gün Türkiyədə 1 avro 24-26 TL olursa, dərman qiymətlərinin tənzimlənməsində 1 avro 14-15 TL götürülür. Yəni qiymətlərin 50 faizdən çoxu dövlət dotasiyası ilə tənzimlənir. İki gün öncə idxalçılarla görüşümüz olub. Onların ölkə səhiyyəsinin inkişafı üçün kifayət qədər ciddi fikirləri var. Əsas gətirirlər ki, bu gün ölkədə qiymətlərin uyğun olmamasının əsas səbəbi istinad ölkələrin siyahısında Türkiyənin götürülməsidir. Bu baxımdan istinad ölkələrə yenidən baxılması nəzərdə tutulub. Ümumiyyətlə, Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməməsi müzakirə mövzusu deyil. Əgər idxalçılar bilsələr ki, qiymətlər Tarif Şurası tərəfindən təsdiqlənmir, o zaman bugünkü qiymətlərdən daha baha qiymətlər təklif edə bilərlər”.
Dərman qiymətlərinin aşağı həddinin müəyyən edilməsi məqsədəuyğun hesab olunmur
Dərman vasitələrinin qiymətlərinin aşağı həddinin müəyyən edilməsi hazırda məqsədəuyğun hesab olunmur.
Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Kəmaləddin Qafarovun sualını cavablandırarkən deyib.
O bildirib ki, bunun bazar qaydalarına uyğun olmadığını düşünürlər.
Qeyd edək ki, deputat dərmanların yuxarı həddinin müəyyən edilib, aşağı həddinin müəyyən olunmamasının bazarda rəqabəti poza biləcəyi fikrini irəli sürüb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 19 d. əvvəl
- 23 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)



